19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Futzal

Joze Alesio: “Komandada qorxu yox, rəqibə hörmət var”

Avropa çempionatının final mərhələsində ilk oyununu fevralın 2-də, Bakı vaxtı ilə saat 21:00-da Fransaya qarşı keçirəcək Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva oyunöncəsi fikirlərini bildirib.
 
Futbolxeber.az saytının məlumatına görə, braziliyalı mütəxəssis qələbə haqda düşündüklərini bildirib:
 
“Komandada əhval-ruhiyyə yüksəkdi. Bu gün axşam rəqibin oyununun videoyazısına bir daha baxacağıq. Bundan sonra oyunçularıma meydanda nə edəcəklərini bir daha xatırladacam. Əlbəttə, çox çətin, ağır oyun olacaq. Fransa millisi bütün yarışların favoriti olan İspaniya kimi bir komandaya qarşı yaxşı oyun nümayiş etdirdi və yekunda xal qazandı. Onların Fransa futzal tarixinin ən yaxşı komandası olduqlarını bilirdik. Təsadüfi deyil ki, final mərhələsinə yüksəlmək üçün daimi iştirakçılardan olan Xorvatiyanı pley-off oyunlarında məğlub etdilər. İspaniyaya qarşı oyunlarını canlı izləsək də, təkrar baxıb, yekun heyətimizi də müəyyənləşdirəcəyik. Komandada qorxu yox, rəqibə hörmət var.
 
Thaqo artıq bir həftədi məşqlərə qoşulub. Ancaq o, oyunlara 60 faiz hazırdı. Yüngül problemləri olsa da, oynayacaq, oynamalıdı. Çünki bu görüş bizim üçün final oyununa bərabərdi. Qələbə qazana bilsək, 1/4 final mərhələsinə yüksələcəyimiz dəqiqləşəcək. Bunu etmək üçün hər şeyə qadirik. Yaxşı hazırlıq keçmişik, taktiki tapşırıqlar üzərində məşqlər etmişik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30