29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Futzal

Azərbaycan millisinin futzalçısı: "Avropa çempionatında risk etmək istəmirik"

Zədəli olduğu üçün bir müddət komanda ilə məşq etməyən, eyni zamanda İranla Bakıda keçirilmiş yoldaşlıq oyunlarında meydana çıxmayan Thaqo Telez artıq kollektiv çalışmalara qatılıb. Lyublyanadakı ilk məşqdən sonra hücumçu Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir...
 
- Komandanın keçirdiyi taktiki məşqlərə qatıldınız. Özünüzü necə hiss edirsiniz?
 
- Beşinci gündən komanda ilə məşqlər edirəm. Təbii ki, birdən-birə yükləmə vermirlər. Tədricən axına qoşuluram. Lyublyanada ilk məşqimizi keçirdik. Özümü normal hiss edirəm. Beşinci günə qədər vaxtımız var. Fransa ilə oyuna qədər hazır olacağıma və meydana çıxacağıma əminəm. Sadəcə, risk etmək istəmirik.
 
- Kollektiv məşqlərdən kənarda qalanda oyunçu fiziki baxımdan geri qalır. Siz necə, özünüzü bir addım geridə hiss etmirsiniz?
 
- Fiziki baxımdan heç bir axsama yoxdur. Komanda ilə birgə olmasa da, fərdi məşqlər edirdim. Uşaqlar oynayanda mən də fitnes zalda velosiped sürür, qaçır, başqa fiziki təmrinlər yerinə yetirirdim. Sadəcə, topla məşqlər etmirdim. Son bir həftədə topla məşqlərə başlamışam və rəsmi oyuna qədər bərpa olunacağam.
 
- Demək olar, bir aydır heç bir oyunda iştirak etmirsiniz. Oyun təcrübəsi baxımından çətinlik çəkməyəcəksiniz?
 
- Fikrimcə, belə problem olmayacaq. Artıq 30 yaşım var, gənc deyiləm, kifayət qədər təcrübəm var. Ola bilər, müəyyən fazada çətinlik çəkim, ancaq bu ciddi təsiredici məqam olmayacaq. Baş məşqçinin taktiki tapşırıqlarını da bilirəm. Gənc olsaydım, düşünmək olardı ki, hazırlaşa bilməyəcəyəm. Ancaq təcrübəm özümə güvənməyə əsas verir.
 
- İlk məşqi oyunun keçiriləcəyi Stojiçe Arenada etdiniz. Örtük çətinlik yaratmadı?
 
- Parket çox yaxşıdır. Buna baxmayaraq, bizim üçün yeni olduğuna görə, uyğunlaşmalıyıq. Çünki ötürmələr zamanı top çox sürətlə hərəkət edir. Lyublyanaya tez gəlməyimizin bu baxımdan müsbət təsiri olacaq.
 
- Yığmanın yer aldığı qrupla bağlı nə deyə bilərsiniz?
 
- İspaniya ilə dünya çempionatında qarşılaşmışıq və çox güclü olduqlarını deyə bilərəm. Fransaya qarşı oyunumuz isə çox əhəmiyyətlidir. Onlar indi futzal tarixlərinin ən yaxşı komandasıdır. Xorvatiyanı mübarizədən kənarlaşdırmaları da bizi düşündürür. Təbii ki, hörmətlə yanaşırıq onlara. İlk qarşılaşmadan çox şey asılıdır. Bizim qələbə qazanmaqdan başqa yolumuz yoxdur.
 
- Baş məşqçi Joze Alesio xüsusilə də müdafiə xəttindən şikayətlənir. İranla oyunları kənardan izləmiş futzalçı kimi komanda haqda fikirləriniz necədir?
 
- Bəzi istəyimiz alınmadı. İkinci oyunda Vassura oynamadı. İndi o, komandaya qoşulub. Fineo da bizimlədi. İranla oyun yoldaşlıq oyunu idi. Hər matçın öz xarakteristikası olur. Rəsmi matçla yoxlama oyununa köklənmək də fərqlidir. Həmin oyunda səhvlərimizi gördük, indi onu etməməliyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31