25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Futzal

Vitali Borisov: “Sloveniyaya yarımfinala yüksəlmək üçün gedirik”

Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisi bu gün Sloveniyaya yola düşüb. Futbolxeber.az saytının məlumatına görə, səfəröncəsi yığmamızın təcrübəli oyunçusu Vitali Borisov AFF-nın mətbuat xidmətinə müsahibə verib, hazırlıq mərhələsini və komandamızın şanslarını dəyərləndirib.

- Bakıdakı hazırlıq dövrünü necə dəyərləndirirsən?

- Komandanın yaxşı hazırlıq keçməsi üçün hər cür şərait yaradılmışdı. Düzdü, 3 oyunçu, o cümlədən, mən bir qədər gec qoşulduq milliyə. Daha doğrusu, dəvət edildiyimiz vaxtda millinin düşərgəsində olduq. Müəyyən problemlərimiz oldu. Zədə üzündən Thaqo məşqlərdə iştirak edə bilmədi, o, fərdi hazırlıq keçdi. Toplanış çərçivəsində 2 yoldaşlıq oyunu keçirdik. Bizim üçün vacib qarşılaşmalar oldu. Səhvlərimizi gördük. İran kimi komanda hansı mövqedə axsadığımızı ortaya çıxardı. Oyundan sonrakı 2-3 gün ərzində həmin səhvlər üzərində işlədik.

- İki fərqli oyun oldu. Bu qədər fərqin yaranmasına nə səbəb oldu?

- Səbəblər müxtəlifdi. Həm yorğun olduq ikinci oyunda, üstəlik birinci qarşılaşmada iştirak edən Vassoura bu dəfə meydana çıxmamışdı. Bundan başqa, müxtəlif taktiki variantları sınamağa çalışdıq. İran millisi Bakıya əsas heyətlə gəlmişdi. Təbii ki, belə güclü sparrinqlə qarşılaşmanınn ancaq müsbət təsiri ola bilər.

- Baş məşqçi əsasən müdafiədə səhvlərə yol verdiyinizi və bir neçə oyunçunun, o cümlədən sənin tam hazır olmadığını qabartdı.

- Alesionun taktiki baxımdan istədiklərini vermək mənə görə çətin deyildi. Çünki çox dəyişiklik olmayıb. Əsas problemim fiziki hazırlıqla bağlı idi. Serbiya çempionatı 1 aya yaxın idi başa çatmışdı. Taktiki yox, fiziki baxımdan bir qədər axsama var. Qollara gəldikdə, 2 qolu standart vəziyyətdən buraxdıq. Digərlərini isə müdafiədə etməməli olduğumuz səhvlərdən sonra qapımızda gördük.

- İranla Fransanın oyun üslubunun oxşar olduğu deyilir. Fransaya qarşı hansı oyunu nümayiş etdirsəniz, qələbə qazanmaq mümkün olacaq?

- Birinci oyundakı oyunu nümayiş etdirə bilsək, uğurlu nəticə qazanacağıq. Deməzdim, İranla Fransanın oyun üslubu eynidi. İran Fransadan ən azı 3 dəfə güclü komandadı. Təsadüfi deyil ki, dünyada 4-cü yerdə qərarlaşıblar. Fransanı tam analiz etməmişik. Ancaq inanmıram ki, İrandakı kimi Fransada 12 futzalçıdan 10-u eyni gücdə, səviyyədə olsun. Ola bilsin, 2-3 seçilən futzalçısı olsun Fransanın.

- Fransanın əsas təhlükəli tərəfi nədi?

- Fiziki və atletik baxımdan güclüdürlər. Taktiki planda güclü olmasalar da, seçidikləri oyun üslubuna sona qədər sadiq qalırlar. Fiziki üstünlüklərindən sona qədər yararlanmaq istəyirlər. Zəif rəqib deyillər. Avropa çempionatında zəif komanda olmur.

- Millimiz artıq bir imic formalaşdırıb. Beşinci dəfə iştirak edəcəyimiz yarışda bu imici qorumaq mümkün olacaqmı?

- Minimum tapşırıq qrupdan növbəti mərhələyə yüksəlməkdi. İndi yaxşı komandamız var. Dünya çempionatında iştirak edən heyət qorunub. Şansımız var ki, yarımfinala qədər yüksələk. Sloveniyaya bunun üçün gedirik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30