19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Futzal

Rövşən Hüseynli: “Oyuna gözlədiyimizdən də yaxşı başladıq”

"Oyuna gözlədiyimizdən də yaxşı başladıq. Artıq 25-ci saniyədə qol vurduq. Erkən qol vurmağımız və hesabı xeyrimizə dəyişməyimiz əlavə üstünlük oldu. Rəqib isə üzərimizə gəlməyə başladı. Nəticədə oyunumuzu diqtə etmək üçün şərait yarandı. Düzdür, rəqib hesabı bərabərləşdirdi, amma dərhal növbəti qolu vurduq. Fasiləyə qədər davamını gətirdik və üstünlüyümüzü 2 top çatdırdıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Araz"ın qapıçısı Rövşən Hüseynli Bosniya və Herseqovinanın "Mostar" klubuna 5:2 hesabı ilə qalib gəldikləri futzal üzrə UEFA Kubokunun əsas mərhələsinin ilk tur oyunundan sonra deyib.

26 yaşlı qolkiper Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında "Mostar"la görüşdə xüsusən standart vəziyyətlərdən yaxşı istifadə etdiklərini vurğulayıb. Onun fikrincə, artıq "Mostar”la oyunu unutmaq lazımdır: "Çünki bu gün növbəti qarşılaşmamızı keçirəcəyik. Məqsədimizi reallaşdırmaq üçün maksimum nəticə qazanmalıyıq. Komanda olaraq buna hazırıq”.

Qeyd edək ki, Rumıniyada keçirilən UEFA Kubokunun əsas mərhələsinin 8-ci qrupunun oyununda "Araz" bu gün Maltanın "Sent Endryus" klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30