24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Futzal

"Araz" qələbəylə başladı

Bu gün futzal üzrə Azərbaycan çempionu "Araz” UEFA kubokunun əsas mərhələsində mübarizəyə start verib.

Futbolxeber.az saytının məlumatına görə, “Araz”ın yer aldığı VIII qrupun oyunları Rumıniyada keçirilir. Joze Alessionun komandası ilk oyununu "Mostar"a qarşı keçirib və 5:2 hesabı ilə qalib gəlib.

Çempionumuz həmçinin Rumıniyanın "Deva”, Maltanın "Sent Endryus” və Bosniya və Herseqovinanın "Mostar” klubları ilə mübarizə aparacaq.

Qeyd edək ki, yalnız qrup qalibi Elit raunda vəsiqə qazanacaq.

"Araz” növbəti oyunlarını 12 və 14 oktyabrda keçirəcək. Təmsilçimiz müvafiq olaraq "Sent Endryus” və "Deva” ilə üz-üzə gələcək.

UEFA kuboku, əsas mərhələ

VIII qrupu

I tur

11 oktyabr

"Araz” (Azərbaycan) - "Mostar” (Bosniya və Herseqovina) 5:2

Qollar: Bolinya, 1 (1:0), Veşiç, 15 (1:1), Xətai Bağırov, 16 (2:1), Maykon da Silva, 20 (3:1), İsa Atayev, 21 (4:1), Maykon da Silva, 26 (5:1), Aladziç, 35 (5:2)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30