24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Futzal

İsa Atayev: “Hər kəs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi”

Futzal üzrə Avropa çempionatının əsas mərhələsində B qrupunun qarşılaşmaları keçirilib. Futbolxeber.az-ın məlumatına görə, sözügedən qrupda yer alan Azərbaycan millisi bu gün son oyunda Macarıstanı 6:1 hesabı ilə məğlub edib və qitənin çempionatının final mərhələsinə lider kimi yollanıb.
 
Matçdan sonra əməkdaşımızın suallarını cavablandıran yığmamızın oyunçusu İsa Atayev qələbəni belə şərh edib: “Şükürlər olsun, mərhələni keçdik. Azarkeşlərimizi də təbrik edirəm. Bizə çox kömək oldular. Bizim 6-cı oyunçumuz idilər. Bizi həmişə dəstəkləyirlər”. 
 
O, güclü rəqibə qarşı oynadıqlarını deyib: “Oyun çox yaxşı keçdi. Biz də yaxşı hazırlaşmışdıq, onlar da. Bizim epizodlarımız çox oldu deyə, üstün olduq. Hər kəs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Hamıya təşəkkür edirəm. Bu mərhələyə qədər gələn komanda zəif olmur. Macarıstan yığması da adlı-sanlı komanda idi”. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30