25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Futzal

“Azərbaycan millisi qrupun ən güclüsüdür”

Futzal üzrə Avropa çempionatının əsas mərhələsində B qrupunun qarşılaşmaları davam edir. Futbolxeber.az-ın məlumatına görə, sözügedən qrupda yer alan Azərbaycan millisi ikinci oyununda Albaniyanı 5:0 hesabı ilə məğlub edib. 
 
Matçdan sonra açıqlama verən məğlub komandanın baş məşqçisi Erind Resuli oyunu belə şərh edib: “Azərbaycan millisi çox güclü rəqibdir. Albaniya yığması indiyə qədər bu mərhələyə yüksəlməyib. İlk dəfədir əsas mərhələdə çıxış edirik. Oyuna gəldikdə, birinci hissədə bərabərsəviyyəli qarşılaşma izlədik. Bir səhv etdik və Azərbaycan millisi bundan faydalandı. Bizim isə azı 2 real qol şansımız oldu. Komandamın fasiləyə qədər daha yaxşı oynadığını düşünürəm. Bu sözləri ikinci hissə haqda deyə bilmərəm. 2-3 ciddi səhv buraxdıq. Hesab 3:0 olduqdan sonra bizim üçün hər şeyin bitdiyi aydınlaşdı. Qələbə münasibəti ilə komandanızı təbrik edirəm. Xüsusilə də qapıçınız çox yaxşı oynadı, ən azı 3-4 epizodda vacib reaksiya nümayiş etdirdi və qol vurmağımıza imkan vermədi. 
 
Fikrimcə, Azərbaycan millisi qrupun ən güclüsüdür. Komandanız kifayət qədər təcrübəli və səviyyəli futzalçılardan qurulub”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30