19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Futzal

Rövşən Hüseynli: “Təklif gəlsə, xaricdə oynamağa hazıram"

Ötən gün futzal üzrə Avropa çempionatının əsas mərhələsində Azərbaycan millisi evdə Bosniya və Herseqovinaya 5:4 hesabı ilə qalib gəlib. Matçdan sonra yığmamızın qapıçısı Rövşən Huseynli Futbolxeber.az saytına müsahibə verib:
 
- Əvvəla Bosniya və Herseqovin üzərində qələbəni şərh edərdin…
- Ağır oyun keçdi. Düzdü, rəqibi yaxşı təhlil etmişdik, lakin birinci oyun həmişə çətin olur, uyğunlaşa bilmirsən. Bəlkə də, hesabı tez açmağımız bizdə arxayınçılıq yaratdı. Lakin hesabda geriyə düşəndən sonra özümüzdə güc tapa bildik və çətin olsa da, lazımı nəticəni əldə etdik. 
 
- Yığma üzvlərinin əksəriyyəti “Araz” klubuna məxsusdur. Çempionatdakı rəqabətsizlik milliyə də təsir edirmi?
- Əlbəttə ki, təsir edir. İstər-istəməz, çətin oyunlar olanda yaxşı hazırlaşmaq olur. İki aydan çox idi ki, hazırlaşırdıq. Birinci oyun çətin oldu. İkinci matçda bundan nəticə çıxaracağıq. Müdafiədə bir az səhvlərimiz oldu. Ümid edirəm ki, qrupda birinci yeri tutmaq üçün lazımı nəticəni əldə edəcəyik. 
 
- Rəqiblərinizin də oyununu (Macarıstan – Albaniya - 4:3) izlədiniz. Həmin qarşılaşma haqda nə fikirləşirsən?
- Onlar bir qədər fərqli oynayırlar. Albaniya yığması bosniyalılara nisbətən, bir az sürətli oynayır. Albaniya millisində yüksək fərdi ustalığa malik oyunçular var. Macarıstan yığmasının da oyunlarını təhlil etmişik. 
 
- Son vaxtlar Azərbaycan futzalında diqqətləri üzərinə cəlb edə bilirsən. Daha yaxşı inkişaf etmək üçün ölkə xaricində oynamaqla bağlı planların var?
- Əlbəttə ki, bu hər bir oyunçunun istəyidir. Lakin nə qədər ki, Azərbaycanda mənə ehtiyac olacaq, oynamağıma dəstək olacaqlarsa, burada qalacam. Əgər təklif gəlsə, rəhbərlik də məsləhət görərsə, icazə verərsə, xaricdə də oynamağa hazıram.  
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30