Etopaz
"Zəfər Kuboku": Finalın proqramı bəllidi
İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında minifutbol üzrə Zəfər Kubokunda final oyununun proqramı müəyyənləşib.
Futbolxeber.az saytının məlumatına görə, mayın 4-də - İAM-ın yaradılmasının ildönümündə start götürən turnirin həlledici qarşılaşması iyunun 19-na - mərhum jurnalist və idman xadimi Elnur Əşrəfoğlunun anadan olmasının 48-ci ildönümünə təsadüf edəcək. Bu münasibətlə təşkilatçılar və iştirakçı komandaların nümayəndələri saat 10:00-da mərhumun ailə üzvləri ilə birlikdə E.Əşrəfoğlunun Saray qəbiristanlığındakı məzarını ziyarət edəcəklər.
Saat 13:00-da Bakı Olimpiya Stadionunun tribunalı qapalı meydançasında Milli Məclisin deputatları ilə I Qarabağ və 44 günlük Vətən müharibəsində iştirak etmiş jurnalistlərdən ibarət "Suqovuşan" komandası arasında yoldaşlıq görüşü start götürəcək. Deputatlar komandasının heyətində Məzahir Əfəndiyev, Mahir Abbaszadə, Tahir Mirkişili, Vüqar Bayramov, Nurlan Həsənov, Fazil Mustafa, Ramin Məmmədov, Cavid Osmanov, Hikmət Babaoğlu və Ceyhun Məmmədov yer alacaq.
"Suqovuşan" komandasının heyəti isə Mahir Süleymanov, Daşqın Əziz, Mahal Məmmədov, Nurşən Quliyev, Rasim Mədəd, Xalid Ağalıyev, Rəşad Baxşəliyev, Vüsal Hacı və İlkin Əhmədovdan ibarət olacaq.
Xatırladaq ki, Milli Məclisin deputatları Zəfər Kubokunun oyunları zamanı fəxri qonaq qismində iştirak ediblər. Onlar belə bir turnirin təşkilinə böyük önəm verərək, jurnalistlərlə yoldaşlıq görüşü keçirməyə hazır olduqlarını bildiriblər. Qazi jurnalistlərlə deputatlar arasındakı görüş məhz bu təşəbbüsün nəticəsi, müharibə veteranlarına və Zəfər Kubokuna verilən dəyərin təzahürüdür.
Zəfər Kubokunun Təşkilat Komitəsi anlamlı oyunda iştirak etməyə razılıq verən deputatlar və qazilərdən ibarət komandaların üzvlərinə təşəkkürünü bildirir.
Saat 13:45-də isə "Xocavənd" və "Ağdam" komandaları arasında final oyunu təşkil olunacaq. Milli Məclisin deputatları bu qarşılaşmada da fəxri qonaq qismində iştirak edəcəklər. Onlar oyundan sonra mükafatlandırma mərasiminə qatılaraq, müxtəlif nominasiyalarda fərqlənənləri təltif edəcəklər.
Fəxri qonaqlar sırasında minifutbol üzrə Avropa çempionluğu qazanmış Azərbaycan milli komandasının üzvləri də olacaq. Onlar baş məşqçi Elşad Quliyevin rəhbərliyi altında tədbirə qatılacaqlar.
Bundan başqa, Elnur Əşrəfoğlunun, eləcə də şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvləri də final oyununa dəvət olunublar. Onlara təşkilatçılar və "TT Fight Club"un direktoru Şəhriyar Abbasov tərəfindən xatirə hədiyyələri təqdim olunacaq. Ş.Abbasov Zəfər Kubokunun ən yaşlı oyunçusu, "Suqovuşan" komandasının qapıçısı, Mahir Süleymanovu (61 yaş) da mükafatlandıracaq.
Qalib komandaya Zəfər Kuboku, 2 000 manat pul mükafatı, finalçıya isə 1 200 manat pul mükafatı veriləcək. Hər iki komandanın üzvləri diplomlarla da təltif olunacaqlar.
Eyni zamanda Mətbuat Şurasının sədri Əflatun Amaşov Ən yaxşı qapıçı, Ən məhsuldar oyunçu və Ən yaxşı futbolçuya pul mükafatı təqdim edəcək.
Turnirin yüksək səviyyədə keçirilməsində əməyi olan Təşkilat Komitəsinin üzvləri, hakimlər və könüllülər də mükafatçılar sırasında yer alacaqlar.
Zəfər Kuboku İAM-ın təşkilatçılığı, Azərbaycanın ilk qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu, "Huner Group"un sponsorluğu, TOC klinikası və "Kəhriz Su" şirkətinin tərəfdaşlığı, "Report" agentliyinin informasiya dəstəyi ilə təşkil olunub.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- “Lankaran Open 2026”da narazılıq: “Bugünkü hadisələr fiaskodur”
- “Qarabağ” milli üzvünün yolunu gözləyir?
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- “Neftçi” Qraviyonla müqavilə imzaladı, növbədə daha iki legioner var
- DÇ-2026: Türkiyə millisi antirekorda imza atdı
-
16:23
"Neftçi" - "Dinamo" oyununun biletləri satışda
-
15:59
"Payde" - "Zirə" oyunun da hakimləri məlum oldu
-
15:32
“Qarabağ” - ÇSKA oyununun biletləri satışa çıxarıldı
-
15:00
Mahir Emreli Polşaya qayıdır - yeni klubu məlumdur
-
14:26
“Neftçi” yeni əməkdaşlıq müqaviləsi imzaladı
-
13:48
"Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri açıqlandı
-
13:11
“Neftçi” - “Dinamo” oyununun hakimləri müəyyənləşdi
-
12:55
“Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
-
12:34
Avropa çempionatı: Çimərlik futbolu millimiz pley-offda
-
12:07
“Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
-
11:43
Asim Xudiyev UEFA-dan yeni təyinat alıb
-
10:29
Konfrans Liqası: “Zirə” və “Neftçi”ni 3-cü mərhələdə gözləyən mümkün rəqiblər
-
10:16
“İmişli”dən ayrılan legioner “Səbail”də
-
09:52
Mahirin yoxluğunda “Kayzerslautern” uduzdu
-
09:30
Basketbol millimiz İsveçrəni məğlub edib
-
23:17
“Səbail” Yakubu qarşısında bütün öhdəliklərini yerinə yetirib - AÇIQLAMA
-
22:55
Güləşçimiz reytinq turnirində bürünc medal qazanıb
-
22:28
“Qarabağ” - ÇSKA matçının biletləri satışa çıxır
-
21:43
"Şəfa" "İmişli" ilə bərabərə qaldı
-
20:04
"Turan Tovuz" İran millisi ilə heç-heçə etdi
-
19:39
"Sumqayıt" daha bir legionerlə vidalaşdı
-
17:52
Kresponun yeni klubu müəyyənləşdi
-
17:16
“Neftçi”nin Konfrans Liqası matçının biletləri mövsümlük bilet sahibləri üçün satışa çıxdı
-
17:00
“Şəfa” ev oyunlarını Sumqayıtda, “İmişli” isə Yevlaxda keçirəcək
-
16:47
Balıq ovu festivalı keçirilib FOTOLENT
-
16:38
Elgiz Abbasov: “Dünya çempionatındakı bəzi yeniliklər Premyer Liqamızda tətbiq olunacaq”
-
16:21
Süni işıqlandırması olmayan stadionlarda Premyer Liqa oyunları keçirilməyəcək
-
16:09
Mövsümün ilk “Qarabağ” - “Neftçi” derbisi neçənci turda keçiriləcək?
-
15:54
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
-
15:33
Avroliqa: “Qarabağ”ın III mərhələdəki mümkün rəqibləri
-
15:15
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atıld;
-
14:42
"Zirə"dən ayrıldı, Fransa klubuna keçdi
-
14:26
Amerikalı legioner Bakı klubundan ayrıldı
-
14:00
AMADA antidopinq təlimçi proqramının iştirakçılarına sertifikatlar təqdim edib
-
13:17
Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının biletləri satışa çıxarılıb
-
12:58
Millimiz üçün yeni rəqib tapıldı
-
12:01
ÇL: “Sabah”ın oyunları polyak və israilli hakimlərə tapşırıldı
-
11:49
Azərbaycan klubları avrokuboklarda yeni rekorda imza atıblar
-
11:25
Elçin Məsiyev Çempionlar Liqasının oyununa təyinat aldı
-
10:34
"Qarabağ" "Vestri"yə səfərdə də şans tanımadı VİDEO
-
09:52
DÇ-2026: Finalın hakimləri açıqlandı
-
09:26
Azərbaycanın UEFA reytinqindəki əmsalı artıb
-
03:00
Qurban Qurbanov: “ÇSKA ilə oyuna daha yaxşı hazırlaşmalıyıq”
-
02:17
"Zirə"nin Kutaisi zəfəri VİDEO
-
01:48
"Qarabağ" səfərdə də qalib gəldi
-
00:51
“Neftçi”nin Konfrans Liqasındakı rəqibi müəyyənləşdi
-
00:39
Güləşçimiz Macarıstanda çempion oldu
-
00:25
Rəşad Sadıqov: “Torpedo” ilə qarşılaşmaq istəmirdik”
-
22:41
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
-
21:50
"Zirə" növbəti mərhələyə yüksəldi
18.07.2026
17.07.2026
16.07.2026























