5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Etopaz

Zəfər Kubokunda yarımfinalçılar müəyyənləşdi

İdman Araşdırmalar Mərkəzinin və Etopaz-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunda bu gün qrup mərhələsinin son görüşləri keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunun qapalı meydançasında III turun 4 qarşılaşması oynanılıb. Bu görüşlərdən sonra yarımfinalçılar müəyyənləşib.

Mayın 28-də keçiriləcək yarımfinal oyunlarında "Xocavənd" "Qubadlı" ilə, "Ağdam" "Suqovuşan"la görüşəcək.

"Təşkilatçılara belə yarış keçirdikləri üçün minnətdarlığımı bildirirəm. Artıq ikinci ildir ki, bu turnir təşkil olunur".

Bunu gənclər və idman naziri Fərid Qayıbov Zəfər Kuboku barədə danışarkən deyib.

B qrupunda "Suqovuşan" və "Xocalı" komandaları arasındakı matçı izləyən nazir turnirin futbolun təbliğatı baxımından önəmli olduğunu bildirib: "Çünki burada idman jurnalistlərimiz oynayırlar və digər təşkilatlara yaxşı nümunə olurlar. Sizə həmişə idmanda olmağınızı arzu edirəm".

Daha sonra F.Qayıbov İdman Araşdırılmalar Mərkəzi tərəfindən 2021/22 mövsümünün ən yaxşı futbolçusu seçilən Kadi Borgesə ("Qarabağ") mükafat təqdim edib. 

Qeyd edək ki, Zəfər Kuboku Azərbaycanın ilk onlayn qanuni mərc saytı Etopaz-ın baş sponsorluğu ilə gerçəkləşir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31