20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Etopaz

"TOPAZ": "QARABAĞ"IN OYUNU HƏM "TƏKLİ", HƏM CANLI MƏRCDƏ

Bu gün günlərdən "Qarabağ"!!! Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsində 4-cü oyununa çıxacaq. 2 həftə əvvəl Bakıda "Vorskla"ya 0:1 uduzan komandamız Ukraynaya revanş əzmi ilə yollanıb. Əvvəlki 3 turda bir qol belə vurmadan bütün oyunları uduzan "Qarabağ" nəhayət bu axşam "tilsimi" qırmağa çalışacaq: həm ilk qolu vurmağa, həm də ilk xalı və ya xalları qazanmağa.

İlk qələbəsini Bakıda "Qarabağ" üzərində qazanan Poltava təmsilçisi isə eyni nəticəni bu axşam da təkrarlayarsa, qrup 2-cisi olmaq şansını saxlayacaq. Hər iki tərəf üçün böyük əhəmiyyət daşıyan bu görüşə "Qarabağ"dan zədəli Ansi Aqolli istisna olmaqla qalan bütün futbolçular hazırdır. "Vorskla"da da heyətlə bağlı ciddi problem yoxdur.

Yalnız Vasin və Kobaxidzenin oynayacağı sual altındadır. Gecə saat 12-də başlanacaq və bütün Azərbaycanın böyük maraqla gözlədiyi bu qarşılaşmaya ölkənin yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da  xüsusi status verilib. Belə ki, "Vorskla"-"Qarabağ" matçına "Topaz"da həm canlı, həm də "təkli oyun" kimi mərc etmək olar. Əmsallar: "Vorskla"nın qələbəsi 2.35, heç-heçə 2.80, "Qarabağ"ın qələbəsi 2.70.

"Vorskla" - "Qarabağ" matçından başqa  "Topaz" öz müştərilərinə bu gün mərc etmək üçün daha 52 oyun təklif edir. Onlardan 23-ü "təkli" oyunlardır. 30 qarşılaşma isə canlı mərcə çıxarılacaq. Günün ən çox maraq doğuran oyunlarından "Fənərbaxça" - "Anderlext" (kod 660, saat 19:50), "Genk" - "Beşiktaş" (kod 669, saat 21:55),  "Latsio" - "Marsel" (kod 668, saat 21:55), "Betis" - "Milan" (kod 679, saat 00:00), "Arsenal" - "Sportinq" (kod 680, saat 00:00) və "Seltik" - "Leypsiq" (kod 686, saat 00:00) qeyd etmək olar. Hər oyun "Topaz" müştəriləri üçün potensial qazanc mənbəyidir. Yetər ki, intuisiyanıza güvənib "Topaz"da mərc edəsiniz.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30