19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Etopaz

Topazda bu gün: Bask derbisi və daha 147 oyun

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da  "qaynar" bir həftə sonu başlayır.

Çempionlar Liqası və Avroliqanın ardınca sıra milli çempionatlarındır. Bu gün əksər ölkələrin çempionatlarında, o cümlədən Topaz premyer liqasında növbəti tura start verilir.  Milli çempionatımızın bu gün keçiriləcək  hər 3 oyununa  - "Zirə" - "Qəbələ" (proqramda kodu 130),  "Səbail"-"Sumqayıt" (kod 135) və "Neftçi" - "Sabah" (kod 154) görüşlərinə  "Topaz"da mərc edə bilərsiniz. Bu günkü qarşılaşmalardan 6-sına "təkli oyun" kimi mərc etməyiniz mümkündür. Onların arasında İspaniya primerosunun 8-ci turunun açılış matçı - "Atletik Bilbao"-"Real Sosyedad" matçı da var.  Çoxillik tarixə malik bu bask derbisi böyük maraqla gözlənilir. Bilbao təmsilçisi La Liqada son 5, "Real Sosyedad" isə son 2 turda qalib gələ bilmədiyindən tərəflərin qələbə üçün maksimum güc qoyacağı şübhə doğurmur.

Ötən tur "Nou Kamp"da "Barselona" ilə 1-1 oynayıb sensasiyaya imza atan "Atletik"in axşamkı dueldə nisbətən favorit sayılması qanunauyğundur. Üstəlik bilbaoluların heyətində cəmi iki itki olduğu halda "Real Sosyedad"ın 7 əsas oyunçusu zədə, ikisi isə cəza səbəbindən derbidə oynamayacaq. Gecənin maraqlı qarşılaşmasına "Topaz"da həm "təkli oyun" kimi,  həm də canlı mərc edə bilərsiz. Əmsallar: "Atletik Bilbao"nun qələbəsi 2, heç-heçə 3.2, "Real Sosyedad"ın qələbəsi 3.45. 

Bask derbisi ilə yanaşı bu gün "Topaz"da daha 5 matça da "təkli oyun" kimi pul yatıra bilərsiz. Bunlar "Kasımpaşa"-"Göztəpə",  "Verder"-"Volfsburq",  "Torino"-"Frosinone", "Tuluza"-"Nitsa" və "Brayton"-"Vest Hem" görüşləridir. Ümumiyyətlə, bu günkü oyun proqramımızda 148 matça mərc etməyiniz mümkündür. Hər oyun qazanmaq şans deməkdir. Şansnızdan istifadə edin.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30