28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Etopaz

Xarici saytlarda pul qoyuluşu edənlər vergiyə cəlb olunur

2017-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycandan xarici bukmeyker kontorlarının saytında idman mərc oyunlarında iştirak edənlərdən vergi tutulacaq.

Futbolxeber.az saytının məlumatına görə, bu məsələ bugünlərdə Milli Məclisdə Vergi Məcəllləsinə edilən dəyişiklikdə öz əksini tapıb.

Vergi Məcəlləsinin 168.1.5-ci, 169.1-ci və 169.3-cü maddələrinə edilən əlavə də dəyişiklikdə qeyd edilir ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, bu məkanda iş və xidmət təqdim edildikdə və ya  lotereya, digər  yarış və müsabiqə keçirildikdə vergi  tutulan  əməliyyatın  yeri kimi xidmətlərin alıçısının və lotereya, yarış və müsabiqənin iştirakçısının olduğu  yer müəyyən olunur və həmin dövlətdə də ƏDV tətbiq olunur. İşin və xidmətin alıcısı, lotereya,  digər yarış və müsabiqənin iştirakçısı vergi ödəyicisi olduqda ƏDV-ni həmin şəxs özü  hesablayır və büdcəyə ödədikdən sonra  Vergi Məcəlləsinin tələblərinə riayət etmək şərti ilə ödənilmiş məbləğini əvəzləşdirə bilir. İşin və xidmətin alıcısı, lotereya, digər yarış və müsabiqənin iştirakçısı vergi ödəyicisi olmadıqda isə ödənişi aparan yerli bank və ya xarici bankın respublikadakı filial ƏDV-ni hesablayaraq alıcının vəsaiti hesabına büdcəyə ödəyir, tutulmuş ƏDV isə bank və ya filial tərəfindən əvəzləşdirilib.

Məsələn, Azərbaycan vətəndaşı “William Hill” bukmeyker kontorunun  internet-səhifəsində “El klassiko” oyununa mərc qoşmaq məqsədi ilə həmin  oyunun  ehtimal etdiyi nəticəsinə 100 manat ekvivalentlə qoyuluşetmək istəyir və köçürmə etmək üçün yerli banka müraciət edir. Bank  tərəfindən  100  manat  alınarkən  15,25  (100 - 100/1,18) manat ƏDV tutularaq büdcəyə ödənilməlidir.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31