29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Etopaz

Artıq Liviyada döyüş yox, futbol gedir

2 il əvvəl başa çatan vətəndaş müharibəsindən sonra tədricən özünə gələn Liviyada artıq həyat qaydasına düşməkdədir. Müharibənin "yaralarını sağaltmaqla" məşğul olan liviyalıları bu günlərdə çox az şey sevindirir. Onlar üçün belə azsaylı "sevinc və qürur mənbələri"ndən biri də ölkənin futbolu - daha doğrusu milli komandasıdır. Siyası baxışlarına görə parçalanmış, əlini bir-birinin qanına batırmış bərbərlərin bir araya gəlməsi, barışması, bir ağızdan "Liviya" deyib hayqırması üçün futbol hazırda ən gözəl vasitədir.

Bir neçə il əvvəl bunu xarabazarlığa çevrilmiş İraqda görmüşdük, indi isə əlahəzrət futbol "sülh elçisi" missiyasını Liviyada uğurla yerinə yetirir. 42 illik Qəddafi hakimiyyəti sona yetincə sanki bu ölkənin futbol yığmasının da qara "bəxti açılıb". Komanda tarixində ilk dəfə olaraq dünya çempionatının final mərhələsində oynaya bilər. Seçmə mərhələdə uğurla çıxış edən Liviya millisi hazırda Kamerun, Konqo və Toqo kimi yığmaların yer aldığı qrupa başçılıq edir. Əgər Liviya yığması son 2 turda da liderliyini qoruyarsa, o zaman mundiala vəsiqə verən pley-off görüşlərində oynamaq hüququ qazanacaq.

Bu baxımdan bu gün keçiriləcək Liviya-Toqo görüşünün xüsusi əhəmiyyəti var. Məşhur Emmanuel Adebayorun da formasını geydiyi Toqo yığması üçün bu qarşılaşma son şans kimi dəyərləndirilir. Hazırda 4 xalla seçmə qrupda sonuncu olan Toqo millisi səfərdə Liviyaya uduzarsa, dünya çempionatına yollanmaq imkanını itirəcək. Liviya isə qələbə sayəsində liderliyini qoruyacaq.

Statistika Toqonun xeyrinədir: komandalar arasında 2000-ci ildən bu yana keçirilən 3 görüşün heç birində Toqo Liviyaya uduzmayıb. Tərəflər arasında Toqoda keçirilən ilk seçmə oyunda isə 1:1 hesabı qeydə alınıb. Hər iki komanda üçün çox önəmli olan bu qarşılaşmaya www.etopaz.az-da mərc edə bilərsiniz. Saat 20:30-da başlayacaq görüş üçün www.etopaz.az əmsalları belə müəyyənləşdirib: Liviyanın qələbəsi 1.5, heç-heçə 3.5, Toqonun qələbəsi 5.0.

Bir tərəfdə mundial həsrətini bitirmək istəyən Liviya, qarşısında isə son şansını itirmək istəməyən Adebayorun Toqosu. Seçim sizindir!!!




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31