23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Etopaz

Uğursuzluğa "dur" demək zamani

Proqnozsevərlərin səbrsizliklə gözlədiyi günlərdən olan daha bir şənbəni yaşayırıq. Martın sonuncu şənbəsi də əvvəlkilər kimi mərc həvəskarları üçün həyəcanlı olacaq. Təbii ki, www.etopaz.az-ın sayəsində. Bu günkü oyun proqramında www.etopaz.az müştərilərinə 100-dən artıq matç təklif olunur ki, onlardan da 8-nə "tək oyun" olaraq mərc etmək olar. "Təkli oyunlar"dan ilk olaraq Rusiya çempionatının "Amkar"-"Zenit" qarşılaşması başlayacaq. Saat 16-da başlanacaq bu matçın favoriti qonaqlardır. Hazırda lider "Lokomotiv"dən 3 xal geri qalan "Zenit" liderliyə şərik olmaq üçün təbii ki, Perm səfərindən qələbəylə dönməyə çalışacaq. "Zenit" "Amkar"la

son 10 dueldən heç birində uduzmaması da maraqlı faktlardandır. www.etopaz.az-da bu qarşılşama üçün müəyyənləşdirilən əmsallar belədir: "Amkar"ın qələbəsi 4.3, heç-heçə 3.4, "Zenit"in qələbəsi 1.6.

Ölkəmizdə böyük "azarkeş ordusu" olan "Qalatasaray"ın "Konyaspor"la axşamkı qarşılaşması da günün "təkli oyunlar"ı siyahısındadır. Çempionlar Liqası da daxil olmaqla oynadığı son 4 görüşün heç birində qalib gələ bilməyən "Cim-Bom" üçün uğursuzluğa "dur" demək vaxtı çatıb. Əks halda komandanın düşərgəsində onsuz da xoş olmayan atmosfer bir qədər pisləşə bilər. Hər halda konyalılar "Qalatasaray" üçün münasib rəqiblərdən sayılır. "Aslanlar" bu rəqiblə keçirdiyi son 10 matçın 8-də qalib gəlib, ikisində isə heç-heçə oynayıb. "Qalatasaray" bu axşam qalib gəlməklə həm ötən gün uduzan "Beşiktaş"ı 2-ci sıradan kənarlaşdıracaq, həm də lider "Fənərbaxça" ilə 8 xallıq fərqi azaldacaq. Saat 21-də başlanacaq qarşılaşmanın əmsalları belədir: "Konyaspor"un qələbəsi 5.3, heç-heçə 3.7, "Qalatasaray"ın qələbəsi 1.45.

Bu günün həm "təkli", həm də canlı mərcə açıq yeganə oyunu isə İngiltərə premyer liqasının "Arsenal"-"Mançester Siti" görüşüdür. Komandalar 3-4-cü yerləri bölüşdürür. "Arsenal" lider "Çelsi"dən 6, mançesterlilər isə 3 xal geri qalır. Londonlular son 2 turu qələbəsiz başa vurub. "Siti" isə premyer liqada ardıcıl 4 oyundur qalib gəlir. "Arsenal" bu komandaya qarşı öz meydanında keçirdiyi son 5 matçdan yalnız birində qalib gəlib. O da maraqlıdır ki, Londonda keçirilən bu 5 görüşün hamısı "alt" nəticələnib. Statistika bu günkü əmsallara da müəyyən təsirini göstərib. Saat 21:30-da başlanacaq qarşılaşmaya www.etopaz.az-da bu əmsallarla mərc edə bilərsiniz: "Arsenal"ın qələbəsi 3.2, heç-heçə 3.3, "Mançester Siti"nin qələbəsi 1.85. Canlı mərc zamanı isə əmsallar oyunun gedişindən və hesabdan asılı olaraq tez-tez dəyişəcək.

Sadalalnan görüşlərdən başqa bu gün www.etopaz.az-da daha 5 qarşılaşmaya da "tək oyun" kimi mərc edə bilərsiniz.

Biz təklifimizi etdik, seçim sizindir. Oynayın və qazanın. Unutmayın ki, www.etopaz.az-da 4% geri ödəməni nəzərdə tutan bahar kampaniyasının bitməsinə 2 gün qalır. Qazanmaq heç zaman gec deyil!!!




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30