25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Mustafa Dənizli: “Bunu mən yox, federasiya edəcək"

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizlinin müsahibəsi

- Azərbaycan Premyer Liqasında III dövrəyə yaxşı başladınız, ilk “üçlük”də qərarlaşan kollektivlərlə görüşlərdən ümumilikdə 7 xal topladınız. Lakin hesabat turunda evdə “Bakı”ya məğlub olmağınız bir qədər gözlənilməz oldu. Məğlubiyyətin səbəblərini təhlil etdiniz?

- Bunun üzərində çox dayanmağa, əlavə araşdırma aparmağa gərək yoxdur. Öz səviyyəmizə uyğun çıxış edə bilmədik. Potensialımızı ortaya qoymağı bacarmadıq.

- Yeni transfer Vyekoslav Tomiçi oynatmamağınız sırf limitlə bağlıdır?

- Bəli, əsas heyətdə 21 yaşadək 1 futbolçu olmalıdır. Biz də Orxan Sadıqlıya şans veririk.

- Belə başa düşdük ki, heyətlə bağlı sıxıntınız var?

- Sıxıntı yalnız yerli futbolçularla bağlıdır. Seçim imkanımız azdır.

- Üstəlik, “Bakı” ilə oyunda daha bir neçə yerli oyunçu zədə aldı...

- Rasim Ramaldanov “Neftçi” ilə matçda zədələnmişdi. Bu dəfə isə Rahid Əmirquliyev və Elnur Abdullayev sıradan çıxdılar.

- Növbəti turda AZAL-ın qonağı olacaqsınız. Bu komandanın oyununu izləmisiniz?

- Oyunlarına baxmışam. Yaxşı komandadır. Biz də hazırlıqlarımızı uyğun şəkildə davam etdiririk.

- Bir neçə gün öncə AFFA-da limit məsələsi müzakirə olundu. Siz necə bir təklif irəli sürdünüz?

- Bu toplantı mətbuata qapalı olduğu üçün oradakı müzakirələri açıqlaya bilmərəm. Bunu federasiya edəcək.

 

 


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30