20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Nfor hakimlərimizi ələ saldı

“Neftçi” PFK-nın futbolçusu Ernest Nfor klubun rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, o, Azərbaycan futbolunda fərqli qaydaların tətbiq olunduğunu iddia edərək, azərbaycanlı hakimləri ələ salıb: “Son iki turda adi oyun epizodlarına görə mənə sarı vərəqə göstərilib. “Xəzər Lənkəran”la oyunda hakim rəqib futbolçuların demək olar ki, bütün kobudluqlarına göz yumurdu. “Bakı” ilə qarşılaşmada rəqib futbolçu məni tapdalasa da, sarı vərəqə mənə göstərildi. “İnter”lə oyunda da eyni vəziyyətlə üzləşdim. Rəqib komandanın futbolçusu Brüs Abdulaye əllə oynadığı üçün ikinci sarı vərəqəni almalı idi. Mən bunu Avropa təcrübəmə əsaslanıb deyirəm. Bəlkə burada fərqli qaydalar tətbiq olunur, amma mənim bundan xəbərim yoxdu?! Üstəlik, mənə nə üçün sarı vərəqə göstərildiyini də başa düşmədim. “Sumqayıt”la oyuna məndən başqa 5 futbolçumuz sarı vərəqə limitini doldurmaq təhlükəsi ilə çıxacaq. Belə gərginlik altında necə oynamaq olar?! Ondan sonrakı tur “Qarabağ”la vacib matçımız var. Həmin qarşılaşmada Bruno Bertuççi və Karlos Kardoso meydanda olmayacaq. Bizdən də kimsə “Sumqayıt”la oyunda sarı vərəqə alsa, həmin matçı buraxmalı olacaq. Belə vəziyyətdə çempionluq uğrunda hansı sağlam rəqabətdən söhbət gedə bilər?!”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30