20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Simurq": 229 oyun və 195 qol

 

Topaz Premyer Liqasının XXV turunda "Simurq" “Qəbələ”nin qonağı oldu. Futbolxeber.az-ın məlumatına görə, “Simurq” hesabda 1:0 geri olduğu matçın son dəqiqələrində bərabərlik topun vuraraq səfərdə vacib bir xal qazandı. Bu qarşılaşmada Tomislav Buşiç sarı-qaralı forma ilə rəsmi oyunda vurduğu ilk qolla yadda qaldı. Xorvatiyalı futbolçu həmçinin “Simurq”un Premyer Liqadakı 195-ci qolununda müəllifi oldu.  
 
Zaqatala təmsilçisi mübarizəyə qoşulduğu ildə ilk qolunun müəllifi 28.09.2005-ci ildə “Simurq” - “ABN Bərdə” matçında Elmar Xeyirov vurub. Premyer Liqada isə komandanın qol hesabını açan futbolçu Elmar Sultanov olub. O, 11.08.2006-ci ildə səfərdə “Gənclərbirliyi” ilə keçirilən görüşdə fərqlənməklə adını “Simurq”un tarixinə yazdırıb. Komandanın yüksək dəstədə 50-ci qolunu isə 16.03.2008-ci ildə “Simurq” - “Gəncə” (3:0) oyununda penaltidən David Bolkvazde vurub. 100-cu qol isə sarı-qaraların tarixində ən çox fərqlənən futbolçu Vladimir Mazyarın adı ilə bağlıdır. Ukraynalı 12.05.2007-ci ildə “Simurq” doğma azərkeşlər önündə “Qarabağ”ı 3:0 hesabı ilə məğlub etdiyi görüşdə buna imza atmağı bacarmışdı. Premyer Liqada isə 100-cü qolun müəllifi Ruslan Qunçak olub. O, 12.09.2009-cu ildə “Bakı” - “Simurq” (2:2) görüşündə fərqlənməklə tarixə düşüb. Bu görüşdə Elşən Məmmədov həmçinin Zaqatala təmsilçisinin ümumilikdə 200-cü qoluna imza atıb. Ötən mövsüm isə Tofiq Mikayılov “Simurq”un 30.09.2011-ci tarixində keçirilən “Neftçi” ilə qarşılaşmada Premyer Liqadakı 150-ci qolunun müəllifi olub.
 
Qeyd edək ki, “Simurq” indiyənə qədər Premyer Liqada 229 oyun keçirdib. Növbəti turda “Neftçi” ilə görüşəcək komanda yubiley qarşılaşmasına çıxacaq. Bu matç baş məşqçi Georgi Çixradze üçün də xüsusi önəm daşıyır. Gürcüstanlı mütəxəssis turnir cədvəlinin hazırkı lideri ilə görüşdə “Simurq”u 35-ci premyer liqa oyununa çıxaracaq.    



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30