16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Palmali” müasir idman kompleksi tikir

“Palmali” şirkətinin təşəbbüsü ilə Masallıda müasir idman kompleksi inşa ediləcək. Artıq inşaat işləri başlayıb”. Bu sözlər apasport.az saytına “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.
 
“Xəzər Lənkəran” klubun sponsoru olan “Palmali” Şirkətlər Qrupu Cənub bölgəsində idmanın inkişafına hesablanan daha bir layihəyə start verib. Belə ki, istismara yararsız  Anatoli Banişevski adına Masallı şəhər stadionu sökülərək, yerində müasir tələblərə cavab verən idman kompleksi inşa ediləcək. Həmçinin “Viləş” klubunun fəaliyyətini bərpa edəcəyi söylənilir.
 
Nadirov bildirib ki, yeni arenanın “Xəzər Lənkəran”la heç bir bağlığı olmayacaq: “Bu, “Palmali” Şirkətlər Qrupunun ölkəmizdə idmanın inkişafına verəcəyi növbəti töhfədir. Ola bilər ki, nə vaxtsa ev oyunumuzu orada keçirək. Ancaq stadionun “Xəzər Lənkəran”a heç bir aidiyyatı olmayacaq. Orada yalnız stadionun deyil, müasir idman kompleksinin inşası nəzərdə tutulub. Gələcəkdə “Viləş” klubun fəaliyyətini bərpa etməsi də istisna deyil. Lakin bu, artıq onların öz işləridir”.
 
Qeyd edək ki, sonuncu dəfə Masallını futbol üzrə Azərbaycan çempionatının güclülər dəstəsində şəhərin eyni adlı klubu təmsil edib. Lakin bu komanda 2008-ci ildə fəaliyyətini dayandırıb. “Viləş” isə 2001-ci ildə eyni aqibəti yaşayıb.      



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30