19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“İnter”in sonuncu dəfə “Neftçi”ni nə vaxt məğlub etdiyi yadıma gəlmir”

“Gərgin oyun oldu, hesabda iki dəfə geri olsaq da, heç-heçə etdik. Müdafiəçilərin cəzalı olması oyunumuza təsir etdi. Elvin Yunuszadə, Tərlan Quliyev və Denis Silvanın oyunu məni qane etmədi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “İnter”lə oyundan sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Hacıyev ənənəsinə sadiq qalaraq, rəqibin bostanına daş atmağı da unutmayıb: “11 metrlik cərimə zərbəsi verilirsə, vərəqə də verilməli idi. Bir sıra legionerlərin oyunu məni qane etmədi. Üç əvəzetmənin hamısı özünü doğrultdu. İrəlidə 14 oyun var, aradakı xal fərqini azaltmağa çalışacağıq. İki standard vəziyyətdən qol buraxdıq. Saşa Stamenkoviç hər iki topu götürməli idi. Buraxılan qollarda müdafiəçilərin də günahı var idi. “İnter”in sonuncu dəfə “Neftçi”ni nə vaxt məğlub etdiyi yadıma gəlmir. Ona görə də, “İnter” üç xal itirmədi, 1 xal qazandı”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30