17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Qəbələ" Şotlandiya millisinə uduzdu

Fevralın 7-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası hazırlıq prosesini yekunlaşdırıb.  Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, toplanış çərçivəsində son - üçüncü matçda Hüseynqulu Quliyevin yetirmələri Şotlandiyanın U-15 millisi ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən oyun şotlandların 7:4 hesablı qələbəsi ilə bitib. "Qəbələ" matçın gedişində 4:2 hesabilə önə keçsə də, üstünlüyünü sonadək qoruya bilməyib. Komandanın heyətində Fərid Nəbiyev (2) və Murad Qayalı (2) fərqlənib.  Xatırladaq ki, "Qəbələ" ilk matçda İsveçrənin "Dietikon" (4:4), ikinci matçda isə  Danimarkanın HB Koge (3:0) kollektivi ilə qarşılaşıb. 
"Qırmızı-qaralar" bu gün gece saatlarında vətənə dönəcək. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30