Ölkə futbolu
“İnter”lə titullar qazanmaq və avrokuboklarda çıxış etmək əla olardı”
“İnter”in yeni transferi, “Simurq”la matçda topa ilk toxunuşunda komandasına qələbə qazandıran kosta-rikalı Dieqo Madriqal klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Debüt matçı üçün bundan yaxşı heç nə düşünmək olmaz: ilk toxunuş və ilk qol. Həmin an nələr hiss etdiniz?
- Böyük xoşbəxtlik hiss etdim. İlk debüt matçın məhz belə alınmasına çox sevinirəm. Meydançaya çıxan zaman komandaya çox kömək etmək istəyirdim və çox şadam ki, buna nail oldum.
- Oyun çətin alındı. Uzun müddət tabloda ancaq sıfırlar yazılmışdı və komandaya qələbə qolunu vurmaq ancaq matçın 72-ci dəqiqəsində müyəssər oldu. İlk debütünüz haqqında daha nə demək istərdiniz?
- “Simurq” doğma divarlar arasında oynayırdı və bu amil onları qələbəyə daha çox kökləyirdi. Səmimi desəm, bu komanda yaxşı təsir bağışladı. Bizim oynumuza gəldikdəsə deyə bilərəm ki, “İnter”ə üç xal lazım idi. Komanda yoldaşlarım da bunu anlayırdılar və biz məqsədimizə çatdığımıza görə xoşbəxtik.
- “İnter”dəki karyeranızdan nə gözləyirsiniz?
- Bu komandaya keçməyimə görə şadam. “İnter”də özümü yaxşı tərəfdən göstərmək və bununla da komandaya fayda vermək istəyirəm. Burada bir neçə mövsüm oynamaq, “İnter”lə titulları qazanmaq və avrokuboklarda çıxış etmək əla olardı.
- Artıq bir neçə aydır Azərbaycandasınız. Ölkəmiz haqqında və paytaxt Bakı şəhəri barədə nə deyə bilərsiniz?
- Ancaq yaxşı sözlər deyə bilərəm. Bakı çox gözəl şəhərdir. Burada çox qonaqpərvər və mehriban insanlar yaşayırlar. Etiraf edim ki, mənə hələ Bakının gözəl yerlərini görmək müyəssər olmayıb, lakin tezliklə bunu edəcəyəm.
-Yeni komandaya uyğunlaşma prosesi necə alındı?
- Komanda yoldaşlarım tez uyğunlaşmağıma yardım etdilər. Bütün futbolçularla yaxşı münasibətlərim var. Burada ispandilli futbolçular var və bu da mənə tez uyğunlaşmağıma kömək etdi.
- Necə düşünürsünüz, “İnter” mövsümü mükafatçılar sırasında başa vura biləcəkmi?
- Hər şey mümkündür. Hazırda biz turnir cədvəlində 4-cü yerdəyik. Lakin bundan sonra da qalib gəlsək, o zaman liderlərə çata bilərik. Bunun üçün çox çalışmaq və yaxşı futbol nümayiş etdirmək lazımdır. Ümid edirəm ki, bunu etmək “İnter”ə müyəssər olacaq.
- Sizədək Azərbaycanda kosta-rikalı futbolçular oynayıblar. Onlar arasında ən tanınmışı Uinston Parks idi. Maraqlıdır, buraya gəlməmişdən öncə onunla məsləhətləşdiniz?
- Bəli, mən onunla danışdım. Ona zəng etdim və məni maraqlandıran məsələləri ondan soruşdum. Etiraf edim ki, o, ancaq yaxşı sözlər dedi. Uinston yerli çempionatı təriflədi, ölkə, Bakı şəhəri haqqında yaxşı danışdı. Bir sözlə, o, mənim buraya gəlməyimi məsləhət görən insanlardan biri oldu.
- Maraqlıdır, doğmalarınıza və dostlarınıza Azərbaycan haqqında nədən danışmağa macal tapdınız?
- Azərbaycana gələndə çox soyuq idi. Qar yağırdı, temperatur aşağı idi və bütün bunlar mənim üçün bir qədər qeyri-adi idi, axı Kosta-Rikada həmişə istidir və yaxşı hava var. Məhz bu barədə yaxınlarıma məlumat verdim. Bundan başqa, yaxınlarıma dedim ki, bura çox gözəldir.
- Ailənizi Bakıya gətirməyi planlaşdırırsınız?
- Düşünürəm ki, yaxın gələcəkdə sevdiyim qız Bakıya gələcək. Bundan başqa, alınsa, gələn ay atam mənə baş çəkmək üçün buraya səfər edəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- “Ağ-qaralar”ın “Black Friday”i
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
18:51
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
-
18:28
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
-
18:07
“Xəzri” finalda
-
17:43
"İmişli"nin şikayəti qismən təmin olundu
-
17:18
“Aznur”un kapitanı: “Hədəfimiz final yox, çempionluqdur”
-
16:55
Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
16:39
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
-
16:06
I Liqada hakim təyinatları açıqlandı
-
15:42
Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
-
13:17
İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
-
12:51
Millimizin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək
-
12:04
“Neftçi” ilə oyun bizim üçün həlledicidir"
-
11:48
Azərbaycan bilyardçısı Avropa çempionu olub
-
11:33
Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
-
11:19
Şəhriyar Məmmədyarov Kanadada rapid üzrə yarışın qalibi olub
-
11:05
Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
-
10:52
Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
-
10:26
“Borussiya" "Atletiko"nu mübarizədən kənarlaşdırdı VİDEO
-
10:11
Vitali Borisov: "Millidə görüləsi işlər çoxdur"
-
09:47
PSJ səfərdə "Barselona"nı diz çökdürdü VİDEO
-
09:30
Minifutbol üzrə Azərbaycan çempionatı: 1/2 finalın ilk oyunları keçirilib
-
18:20
AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
-
17:42
"Şəki Siti" "Göygöl"ə belə qalib gəldi VİDEO
-
17:31
“Neftçi” yarımfinalın ilk oyununda uduzdu
-
16:59
Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır
-
16:15
Dadaşov üçün mövsüm başa çatdı
-
15:27
90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
-
14:43
Azərbaycan gimnastları Çexiyada yarışacaqlar
-
14:36
Millimizin basketbolçusu: “Parisdə fəxri kürsüyə qalxmaq üçün mübarizə aparacağıq”
-
14:18
Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək gimnastlar bəlli olub
-
13:54
“Qarabağ” - “Neftçi” oyununun vaxtı açıqlandı
-
13:22
"Zirə" sabiq futbolçusunun vəfatı ilə bağlı başsağlığı verdi
-
13:05
Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
-
12:31
Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
-
12:19
Şəhriyar Məmmədyarov Nicat Abbasova dəstək oldu
-
11:57
Musa "Yurqorden"in gənclər komandasında qol vurub
-
11:46
“Sumqayıt”ın yarımmüdafiəçisi: “Hələ heç nə bitməyib, mübarizə qabaqdadır”
-
11:30
Millimizin heyəti açıqlandı
-
11:23
"Valensiya" 3 xalı tək qolla qazandı VİDEO
-
11:08
Millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
-
10:52
“Atalanta” qələbəni əldən verdi VİDEO
-
10:35
Millimizin müdafiəçisi "Ludoqorets"ə qarşı oynadı
-
10:24
“Çelsi” “Everton”u darmadağın etdi VİDEO
-
10:11
“Zirə”nin sabiq müdafiəçisi vəfat edib
-
09:59
"Qalatasaray" ikinci hissədə coşdu VİDEO
-
09:47
İddiaçılar Turniri: Abasov Nakamuraya uduzub
-
09:30
"Fiorentina" öz meydanında büdrədi VİDEO
-
17:36
Azərbaycanlı basketbolçunun komandası Türkiyə Superliqasına vəsiqəni təmin edib
-
17:11
“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazanıb
-
16:48
"Kəpəz"in futbolçusu üçün əlamətdar oyun