29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Xəzər Lənkəran": Afrikalı cütlük "10 qol" səddini aşdı

Azərbaycan Premyer Liqasının XXI turu “Xəzər Lənkəran”ın 2 futbolçusu üçün yubiley qolu ilə əlamətdar olub. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qəbələ” ilə səfər oyununda bərabərlik qolunu vuran Sadio Tounkara “ağ-yaşıl” formada 10-cu dəfə rəqib qapısına yol tapıb. Malili futbolçu qollarından 8-ni çempionatda vurub: 2011/12 - 1 qol, 2012/13 - 5 qol, 2013/14 - 2 qol. Yarımmüdafiəçi digər iki qolunu cari mövsüm Azərbaycan kuboku yarışında rəqib qapısından keçirib.

Qəbələdəki matçda “Xəzər Lənkəran”ın ikinci qolunu vuranEtame Mbilla da 10-a çatıb. Lakin legioner bununla kifayətlənməyib və qələbə qolu ilə 11-ci dəfə “Xəzər Lənkəran” fanatlarını sevindirib. Bununla da Etame ötən tur 11-ci qolunu vuran Skarlatakeyə çatıb. Mbilla bütün qollarını cari mövsümdə vurub. Legioner 8 dəfə çempionat, 2 dəfə kubok, 1 dəfə Superkubokda topu qapıdan keçirib.

 “Xəzər Lənkəran” tarixində 10 və daha çox qol vuranlar

 1    Zaur Ramazanov              44

2     Samir Əliyev             34

3     Rahid Əmirquliyev   27

4     Mario Souza                    26

5     İvan Tsvetkov           24

6-8 Vüqar Nadirov          18

       Rəşad Abdullayev    18

       Oqtay Dərəlioğlu             18

9-10Allan Lalin              14

       Branimir Subaşiç             14

11   Edmond N'Tiamoa    13

12-14Emin Quliyev         12

          Alim Qurbanov             12

   Uinston Parks        12

15-18Etame Mbilla          11

          Manuel Skarlatake 11

          Junior Osvaldo             11

          Emeka Opara         11

19      Sadio Tounkara     10

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31