19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Qəbələ" Danimarka təmsilçisini məğlub etdi

Fevralın 7-dən etibarən Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası təlim-məşq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar" ikinci matçda  Danimarkanın “HB Koge” (U-15) kollektivi ilə qarşılaşıb. Qarşılaşma "Qəbələ"nin 3:0 hesablı qalibiyyəti ilə yekunlaşıb. "Qırmızı-qaralar"ın heyətində  Fərid Nəbiyev və Allahverdi Əsədov (2) fərqlənib. 

Xatırladaq ki, Hüseynqulu Quliyevin yetirmələri ilk matçda İsveçrənin "Dietikon" kollektivi ilə üz-üzə gəlmişdi. Matç sülhlə bitmişdi - 4:4.

"Qəbələ" növbəti sınaq oyununda  fevralın 17-i  Şotlandiyanın U-15 millisi ilə münasibətlərinə aydınlıq gətirəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30