28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Neftçi"ni yox, "İnter"i düşünürük"

"Hazırda bütün diqqətimizi "İnter"i oyuna yönəltmişik.  "Neftçi" ilə oyunu unutmuşuq. Bizim "Neftçi"ni ardıcıl 3 oyunda məğlub etməyimiz "ağ-qara"ların liderlik kürsüsündə əyləşməsinə mane olmayıb". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli deyib.

Klubun rəsmi saytına açıqlama verən albaniyalı futbolçu artıq bütün diqqətlərini "İnter"lə görüşə yönəltdiklərini bildirib: "İndi  bizə vacib olan "ağ-göy"lər üzərində uğurlu nəticə qazanmaqdır. "İnter"i cari mövsüm uda bilməmişik. Üstəlik, rəqib stabil futbol sərgiləyir və bizimlə eyni hədəflər uğrunda mübarizə aparır. "İnter"in ən böyük üstünlüyü bəlli sistemlərinin olmasıdır. Kimin oynaması onlarda elə də fərq etmir. Amma biz də görüşə qələbə üçün çıxacağıq. Ev oyunumuzda qələbə qazanmaq istəyirik. Hazırda "Qarabağ" yaxşı formadadı. Komandamızda zədəlilərin də düzəlməsi vəziyyətimizə müsbət təsir edib. Demək olar ki, hər mövqedə ciddi rəqabət var. Bu da ümumilikdə komandanın artırmasına kömək edir.  Hər bir oyuna xüsusi motivasiya ilə hazırlaşırıq. Bəli, bu o deməkdir ki, bütün oyunlara 3 xal üçün çıxırıq. "İnter" nə qədər güclü olsa da, hədəfimiz yenə eynidir. Futbolun gözəlliyi istənilən nəticəyə açıq olmasıdır. İnanıram ki, "İnter"lə görüş baxımlı olmaqla yanaşı istəyimizə uyğun başa çatacaq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31