28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

"Bakı" derbiyə hazırdı

Sabah “Bakı” Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində doğma meydanda “Neftçi” ilə qarşılaşacaq. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün “zolaqlılar” oyunöncəsi son məşqini keçirib.

Saat 11:00-da başlayan hazırlığın əvvəlində futbolçular meydanboyu qaçaraq, dartınma hərəkətlərini icra edib. Ardından mərkəzə cəmlənən oyunçular qısa və uzaq məsafələrə sürətli qaçış tapşırığını reallaşdırıb. İkili ötürmə çalışmalarına da yer ayıran baş məşqçi Milinko Pantiç məşqin çox hissəsini “kvadrat” oynamağa həsr edib. Sonda yüngül qaçış və dartınma hərəkətlərini təkrarlayan futbolçular bununla da məşqi başa vurub.

Qeyd edək ki, profilaktik müalicə alan Elvin Əliyev hazırlıqda iştirak etməyib. Şəhriyar Əliyev isə 1 saatlıq yüngül qaçışla kifayətlənib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31