29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Azərbaycanda futbol azarkeşinə 3 il iş verildi

Məhkəmə qalmaqallı “Xəzər Lənkəran”- “Neftçi” matçından ( 25 avqust 2013-cü il) sonra tutulan 7 azarkeşin taleyinə aydınlıq gətirib. “Qafqazinfo” xəbər verir ki, Elman Tağıyev (Eliko) və digər 2 nəfər məhkəminin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Elikonun vəkili Əliheydər  Hüseynovun “Qafqazinfo”ya verdiyi məlumata görə, dünən keçirilən məhkəmə iclasında 3 nəfər azarkeş haqqında 3 il müddətinə həbs qərarı verilib. Vəkil bu qərarla razılaşmayacaqlarını və Apellyasiya Məhkəməsinə müraciət edəcəklərini deyib:

“Müvvəkilimlə yanaşı, digər iki nəfərə 3 il həbs verdilər. Ancaq biz öz şikayətimizi bildirəcəyik və Apellyasiya Məhkəməsinə müraciət edəcəyik”

 Məhkəmə  “Neftçi” azarkeşi Zaur Ərəbov da daxil olmaqla, 4 azarkeşə hələ ki, hökm oxumayıb . Vəkilin sözlərinə əsasən, həmin 4 nəfər islah işlərinə cəlb oluna bilər.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" - "Neftçi" matçında azarkeşlər arasında qalmaqal yaşanmış və 7 nəfər azarkeş təqsirkar bilinərək tutulmuşdu.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31