25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Neftçi" rəsmilərindən “Böyük oyun”da böyük hoqqa!

Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” görüşü zamanı qonaq komandanın rəsmiləri qanun pozuntusuna yol veriblər. Apasport.az saytının məlumatına görə, paytaxt klubunun vitse-prezidenti Tahir Süleymanovla mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə cəzalı olduqları halda, Lənkəran stadionuna daxil olublar.
 
Azərbaycan Premyer Liqasının XVIII turunun AZAL- “Neftçi” matçı zamanı Süleymanov qarşılaşma başa çatdıqdan sonra, Abbaszadə isə 83-cü dəqiqədə hakimləri təhqir etdiyi üçün hərəsi AFFA İntizam Komitəsinin qərarı ilə 5 oyunluq cəzalandırılmışdı, “ağ-qaralar” 5000 manat cərimələnmişdi (Maddə 42.4).
 
2013/14-cü il futbol mövsümü üçün təsdiq olunan Əsasnamənin 42.4 maddəsi bu şəkildədir: “Rəsmi şəxslərə, oyunun rəsmi şəxslərinə, rəqib və azarkeşlərə qarşı təhqiredici hərəkətlərə, sözlərə və jestlərə görə rəsmi şəxsin stadiona girişinə 5 oyun qadağa qoyulur və klub 5000 manat cərimələnir”.
 
Belə olan halda, Süleymanovun VİP lojada, Abbaszadənin isə oyundan sonra təşkil edilən mətbuat konfransında nə işləri var? “Neftçi” qanunlara bu cür hörmət qoyur?
 
Qeyd edək ki, matçın AFFA nümayəndəsi Maşallah Əhmədov olub. Sözügedən şəxslərlə bağlı məhz o ölçü götürməli idi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30