24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Sumqayıt”ın məğlubiyyət seriyası başa çatıb

Azərbaycan Premyer Liqasında ardıcıl 6 oyunda məğlub olmaqla mövsümün antirekorduna imza atan “Sumqayıt” 20-ci turun AZAL-la qarşılaşmasında 1 xal qazanıb - 2:2. Futbolxeber.az-ın məlumatna görə, “Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə 13-cü turun noyabrın 8-dəki qarşılaşmasında “Rəvan”la bərabərə qalmışdı - 1:1. 93 gündən sonra xal sevinci yaşayan “Sumqayıt” qələbəsiz oyunlar seriyasını hələ dayandıra bilmir. 3-cü turda “Qəbələ”ni 2:1 hesabı ilə udan autsayder 17 matçdır qalib gəlmir.
“İnter”ə 1:2 hesabı ilə uduzan “Rəvan” isə ardıcıl 6-cı dəfə xalsız qalmaqla mövsümün antirekordunu təkrarlayıb. Bakılılar sonuncu dəfə ötən il noyabrın 24-də 14-cü turun “Qarabağ”la görüşündə xal qazanmışdı. Həmin qolsuz heç-heçədən sonra “Rəvan” 6 məğlubiyyət alıb.  Bakı təmsilçisi həm də artıq 15 turdur qələbə qazana bilmir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30