28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Daniel Subotiç: “Bizi “Xəzər Lənkəran”ın qələbəsi qane edir”

“Qəbələ”nin hücumçusu Daniel Subotiçin müsahibəsi

- Zədədən sonra özünüzü necə hiss edirsiniz?

- Artıq komanda ilə birgə məşqlərə başlamışam. Zədə artıq geridədir. Məşqçinin istəyi olarsa, mən meydana çıx bilərəm.

- “Qəbələ” qış fasiləsinə ikinci komanda qismində yollandı, ancaq fasilədən dərhal sonra yenidən birinci oldu. Gözləyirdiniz?

- Bu, normaldır. Belə yerdəyişmələr liderlər qrupunda sıxlıqda qaçılmazdır. Hər büdrəmə yarış cədvəlində sənin mövqeyin bahasına başa gələ bilər. Bz də buna hazır olmalıyıq.

- Qarşıda “Qarabağ”la oyun var, nə gözləyirsiniz?

- Bizim ağdamlılarla artıq son verib qalib gəlməli olduğumuz prinsipimiz var. Bizim kifayət qədər gücümüz var. Baxmayaraq ki, hesab edirəm ki, “Qarabağ” Premyer Liqa klubları arasında ən yaxşı futbol göstərir. Ancaq hətta buna baxmayaraq, biz çempion ola bilərik.

- 20-ci turdan sonra birinci pilləni saxlaya biləcəksiniz?

- Düşünürəm ki, hə. Öz meydanımızda oynayırıq. Son vaxtlar bunu kifayət qədər yaxşı edirik. Bizim yeni yaxşı oyunçularımız da var. Maraqlı oyun olacaq. İnanıram ki, qələbə qazana biləcəyik. “Qəbələ” artıq ağdamlılara qarşı əvvəlki iki oyunda olan komanda deyil.

- Sizdən bir xal geridə olan “Neftçi” səfərdə “Xəzər Lənkəran”la qarşılaşır. Lənkəranlılara azarkeşlik edəcəksiniz?

- Əlbəttə, bizi “Xəzər Lənkəran”ın qələbəsi qane edir. “Neftçi” elə komandadır ki, güclü rəqibi məğlub edib sonra nisbətən zəifə məğlub ola bilər. Əgər bakılılar məğlub olsa, biz isə öz oyunumuzda qələbə qazansaq, bu halda fərq dörd xala yüksələcək. Ağdamlılardan isə beş xal uzaqlaşacağıq. Daha bir belə tur və fərq əlverişli olacaq (gülümsəyir).

- Yeni transferlər Kamran Ağayev və Marat İzmaylov haqda təəssüratlarınız?

- Bu iki oyunçu bizə çempionluq mübarizəsində gərək olacaqlar. Onlar bizi şübhəsiz, gücləndirəcəklər. Maratın xidmət siyahısı əlavə söz deməyə ehtiyac görmür. Ağayev isə Azərbaycanın ən yaxşı qapıçısıdır.


azerisport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31