20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Pantiç: “Kim deyə bilər ki, biz asan qələbə qazanacağıq?!”

“Allaha şükr ki, 3-cü dövrəyə yaxşı başladıq. Qarşıdakı yol necədisə, elə də mübarizəni davam etdirməliyik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

Klubun rəsmi saytına danışan Pantiç Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində “Simurq”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini açıqlayıb: “Simurq”u bərk, möhkəm oyun göstərən komanda kimi xarakterizə edirəm və ev komandası sayılan bir kollektivə qarşı döyüşəcəyimizi bilirəm. Belədə kim deyə bilər ki, biz asan qələbə qazanacağıq?! “Simurq”un evdə yaxşı oynaması məni çox narahat edir. Qış fasiləsində “Bakı”ya yeni oyunçuların alınmamasına gəlincə, artıq bir hücumçu ilə ilkin razılıq əldə olunub. O gələn həftə düşərgəyə təşrif buyuracaq. Ancaq rəsmi müqavilə bağlanmadan onun adını açıqlaya bilmərəm. Nəticədə qış fasiləsində komandanı tərk edən Mindauqas Kalonasın yeri dolmuş olacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30