29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Məğlubiyyətlə yaşamaq düzgün deyil”

“Qəbələ” cari mövsüm olduqca xoş təsir bağışlayır. Hazırki mövqedə qərarlaşmaları heç də təsadüfi deyil. Qışda etdikləri transferlərlə də gücləniblər”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Klubun rəsmi saytına Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində “Qəbələ”yə qarşı baş tutacaq oyun haqda danışan təcrübəli mütəxəssis görüşün çətin keçəcəyini qeyd edib: “Çempionatın ilk yarısındakı qazandığımız qələbələr hazırda bizə bir şey vermir. Təbii ki, hazırda rəqibimiz ilk 2 oyunu unutmayıb. Daha yaxşı və fərqli hazırlaşacaqlar. Eyniylə, “Xəzər Lənkəran”la oyunu da artıq unutmuşuq. Daha doğrusu, məğlubiyyətlə yaşamaq düzgün deyil. Qarşıda daha 17 oyun var. Bizi olduqca ağır matç gözləyir. Eyni zamanda azarkeşlərin maraqlı futbol izləyəcəyini də söyləmək olar. “Xəzər Lənkəran”la oyunda qol epizodlarının boşa verilməsi futbolçularda üzgünlük yarada bilər amma ruh düşkünlüyünə səbəb ola bilməz. Qeyd etdiyimiz kimi qarşıda hələ uzun bir marafon var.  Qarşıdakı oyunlara motivasiya olmaq lazımdır”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31