19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Tuyqun Nadirov: “Xəzər Lənkəran” yeni bir dönəmə qədəm qoyub”

“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun müsahibəsi

- Komandanız Azərbaycan Premyer Liqasında III dövrəyə qələbə ilə başladı. Özü də, səfərdə lider “Qarabağ”ı məğlub etməklə (1:0)...

- Komanda qış fasiləsində Antalyada yüksək səviyyədə təlim-məşq toplanışı keçmişdi. “Xəzər Lənkəran” yenin bir dönəmə qədəm qoyub. Baş məşqçinin işi hiss olunmaqdadır. Komandamız “Qarabağ”ı məğlub etməkdən əlavə, həm də ağıllı oynadı. Zatən, Mustafa Dənizli kimi tanınmış bir məşqçidən bunu gözləyirdik.

- Təkrar müayinədən keçmək üçün Türkiyəyə yollanan Dənizlinin səhhəti necədir?

- Özünü çox yaxşı hiss edir, heç bir problem yoxdur. Bu gün və ya sabah Azərbaycana dönəcək.

- Onun sağlıq durumundakı problem nədən qaynaqlanırdı: qripə yoluxmuşdu, yoxsa təzyiqi var?

- Şaxtalı havada məşq zamanı möhkəm soyuqlayıb. O da təzyiqlə bağlı problemə yol açıb. Biz burada nə lazımdırsa etdik, klinikaya apardıq, müalicə aldı. Sadəcə, özü təkrar müayinə üçün Türkiyəyə yollanmaq istədi.

- “Xəzər Lənkəran” “Neftçi” ilə qarşıdakı oyuna necə hazırlaşır? Hava şəraiti problem yaratmır ki?

- Xeyr, hər şey qaydasındadır. Komanda hazırda Bakıda məşq edir, oyun ərəfəsində Lənkərana yola düşəcəyik.

- Bazar günü “Böyük oyun”nun keçiriləcəyi Lənkəran Mərkəzi stadionunun durumu necədir?

- Ot örtüyü qardan təmizlənib, nə lazımdırsa, edilib. Hansısa problemin yaşanacağını düşünmürəm. Təkrar qar yağsa belə, təmizlik işləri aparmaq üçün yetərincə texnika və işçi qüvvəsi var.

- Matç televiziya vasitəsi ilə canlı yayımlanmayacaq. Bu isə oyunu tribunadan izləmək imkanı olmayan azarkeşlərin narazılığına səbəb olub....

- Bilirsiniz, televiziya vasitəsi ilə canlı yayın məsələsi təkcə “Xəzər Lənkran”nın problemi deyil. Bu iş yüksək səviyyədə həllini tapmalıdır. Xaricdə necə təşkil edirlərsə, bizdə də elə olmalıdır. Biz imkanımız yalnız oyunun klubun rəsmi saytı vasitəsi ilə canlı yayımlanmasına çatır, bunu da yüksək səviyyədə edirik. İndi əksər adamların evində internet var. İstəyən baxa bilər.

- Qonaq komandanın azarkeşlərinin stadiona buraxılmasına qadağa qoyulub. Bu amil matç ətrafındakı ajiotaja mənfi təsir etmir ki?

- Biz də istərdik ki, həm səfərdə, həm də evdə hər iki klubun azarkeşləri tribunada yer alsın. Ancaq nə etmək olar, məlum səbəblərdən belə bir qərar qəbul olunub. “Xəzər Lənkəran”ın oyunlarına hamıdan çox azarkeş gəlir. Əmin olun, futbol atmosferi baxımından problem olmayacaq.

- “Xəzər Lənkəran” qış fasiləsində 6 yeni futbolçu ilə gücləndi. Əldə etdiyimiz məlumata görə, təklif edilən oyunçular arasında Mustafa Dənizlinin bəyəndiyi daha səviyyəli futbolçular olub. Lakin onların dəyəri yüksək olduğu üçün yay fasiləsində transfer edilmələrim mümkündür.

- Xeyr, elə bir futbolçu olmayıb. Yəni, transferini yay fasiləsinə saxladığımız kimsə yoxdur. Baş məşqçi kimi istədisə, onları da aldıq.  


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30