26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Şəfa"nın qazonu nə vaxt dəyişdiriləcək?

 

"Bizim meydançamıza lisenziya 1 illik verilir və hər mövsümün sonunda yenilənir. UEFA-nın komissiyası cari mövsümün sonunda da gəlib, vəziyyətə yerincədə qiymət verəcəklər". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "İnter"in prezidenti Georgi Nikolov deyib.

Nikolov "Neftçi" ilə oyun zamanı ziyan çəkən "Şəfa"nın qazonunun dəyişdiriləcəyi tarixdən də söz açıb: "Həmin vaxt qazonun müəyyən bir hissəsi ziyan çəkdi. Amma UEFA qazonda parçaların olmasına imkan vermir, qazon tam olmalıdır. Buna görə də biz böyük bir hissəni dəyişdirlməliyik. İndidən qazonun nə vaxt dəyişdiriləcəyini dəqiq deyə bilmərəm. Amma böyük ehtimalla, bu işi mövsüm başa çatdıqdan sonra reallaşdıracağıq. Hələlik kiçik bir parçanı dəyişib, çempionat oyunlarını keçirəcəyik. Mövsüm yekunlaşdıqdan sonra isə bütöv xətt yenisi ilə əvəzlənəcək".

"İnter"in prezidenti "Şəfa"nın qazonunun təbii olmamasından da söz açıb: "Bunun bir çox səbəbləri var. İlk növbədə burada ekologiya amilini qeyd etmək olar. Eləcə də maddi məsələlərin də bunda rolu var. İndiki durum bizə sərf edir. Təbii ot örtüyünə mütəmadi olaraq diqqət yetirilməlidir. Təbii ot hazırki yüklənməyə dözə bilməz. Müəyyən qədər qazon istirahət etməlidir. Həm də heç kim məndən inciməsin, amma bu sahədə Azərbaycanda kifayət qədər mütəxəssislər yoxdur. Bütün bunları nəzər alaraq, biz süni ot örtüyünə üstünlük veririk. Eyni zamanda stadionumuzun yayında olan zavodlar da ot örtüyünə təsir göstərir".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30