19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Skarlatakedən 10-cu qol

Azərbaycan Premyer Liqasının XIX turu “Xəzər Lənkəran”ın rumıniyalı müdafiəçisi Adrian Skarlatake üçün əlamətdar olub. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qarabağ”ın qapısına vurduğu qolla komandasına 1:0 hesablı qələbə qazandıran arxa xətt oyunçusu “ağ-yaşıllar”ın heyətində 10-cu dəfə fərqlənib. Yubiley qolu müdafiəçini klub tarixinin ən yaxşı 17 bombardiri sırasına daxil olmasına imkan verib. Belə ki, Skarlatakeyədək klub tarixində 16 futbolçu 10 və daha çox qol vurmuşdu.

Rumıniyalı 10 qoldan yarısını ötən mövsüm çempionatda vurub. Cari mövsüm Premyer Liqada 2-ci dəfə fərqlənən müdafiəçi 2011/12 mövsümündə çempionat və kubok, 2012/13 mövsümündə isə Avropa Liqasında 1 dəfə fərqlənmişdi.

“Xəzər Lənkəran”da 10 və daha çox qol vuranlar

1. Zaur Ramazanov 44

2. Samir Əliyev 34

3. Rahid Əmirquliyev 27

4. Mario Souza 26

5. İvan Tsvetkov 24

6-8. Rəşad Abdullayev 18

        Vüqar Nadirov 18

        Oqtay Dərəlioğlu 18

9-10. Allan Lalin 14

         Branimir Subaşiç 14

11. Edmond N'Tiamoa 13

12-14. Alim Qurbanov 12

           Emin Quliyev 12

           Uinston Parks 12

15-15. Junior Osvaldo 11

           Emeka Opara 11

17. Adrian Manuel Skarlataçe 10

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30