19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Simurq”un futbolçusuna 4 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

1 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIX turunun “Bakı” – “Rəvan” oyunun 62-ci dəqiqəsində “Bakı” klubunun 2 №-li futbolçusu Təyyar Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur  (maddə 48).

1 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIX turunun “İnter” – AZAL matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandıığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

3 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIX turunun “Neftçi” – “Simurq” oyunun 90+1-ci dəqiqəsində “Neftçi” klubunun 15 №-li futbolçusu Ruslan Sorokin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

22 dekabr 2013-cü il U-19 Liqasının “Rəvan” – “Simurq” matçının 87-ci dəqiqəsində “Simurq” klubunun 18 №-li futbolçusu Famil İbrahimxəlilov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

22 dekabr 2013-cü il U-19 Liqasının “Sumqayıt” – “Neftçi” matçının 52-ci dəqiqəsində “Sumqayıt” klubunun 18 №-li futbolçusu Turan Təhməzov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

29 yanvar 2014-cü il U-19 Liqasının “Qəbələ” – “Simurq” matçının 20-ci dəqiqəsində “Simurq” klubunun 4 №-li futbolçusu Şuay Hüseynov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

U-15 Liqasında iştirak edən “Vətən” klubunun heyətində çıxış edən Səlimxan Zamanovun sənədlərinin saxta olması aşkar edilmişdir. Bu səbəbdən də futbolçunun çıxış etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30