20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Turun ən yaxşısı Nfor oldu

Azərbaycan Premyer Liqasında 19-cu turun rəmzi komandası və ən yaxşı oyunçusu açıqlanıb. Futbolxeber.az-ın məlumatına görə, InStat Football şirkətinin Peşəkar Futbol Liqasında təqdim etdiyi məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimi olub:

Qapıçı: Saşa Stamenkoviç (“Neftçi”)

Müdafiəçilər: Bruno Bertuççi (“Neftçi”), Bədavi Hüseynov (“Qarabağ”), Tieqo Vilyam (“Xəzər Lənkəran”), Maksim Medvedyev (“Qarabağ”)

Yarımmüdafiəçilər: Cavid İmamverdiyev (“Neftçi”), Manuel Skarlatake (“Xəzər Lənkəran”), Flavinyo (“Neftçi”), Junior Vilson (“Bakı”)

Hücumçular: Ernest Nfor (“Neftçi”), Tiaqo Ribeyro (“Rəvan”)

Ötən tur topa ən çox nəzarət komanda “Qarabağ” olub - 65 faiz. Ağdam təmsilçisi dəqiq ötürmələrə görə də fərqlənib (89 faiz). AZAL ən çox hücum quran (121), “Qəbələ” isə rəqib qapısına ən çox zərbə endirən tərəfdir (18). “Simurq” 8 künc zərbəsi ilə, “Rəvan” isə 5 oyundan kənar vəziyyətlə fərqlənib.

Azərbaycan Premyer Liqasında 19-cu turun ən yaxşı oyunçusu isə “Neftçi”nin hücumçusu Ernest Nfor olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30