20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Sumqayıt" - "Qəbələ" matçı nələrlə yadda qaldı?

2014-cü ilin ilk oyununda “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edən “Qəbələ” Azərbaycan Premyer Liqasının turnir cədvəlində ilk pilləyə yüksəldi. Futbolxeber.az-ın məlumatına görə, Yuri Syominin yetirmələrini liderliyə daşıyan səfər qələbəsi bir sıra yubileylər və əlamətdar məqamlarla da yadda qaldı.

3-cü dəfə zirvədə

“Qəbələ” mövsümdə 3-cü dəfə turu zirvədə tamamladı. VII turda 1-ci pilləyə yiyələnən Yuri Syominin yetirmələri növbəti turda da mövqeyini qorumuşdu. IX turda liderliklə vidalaşan “qırmızı-qaralar” XIX turda yenidən turnir cədvəlinin ən yüksək pilləsinə qayıtdı.

İki debütant

XIX turun matçında “Qəbələ”nin heyətində 2 debütant meydana çıxdı.  Ruslan Tağızadə və braziliyalı Rafael Santos üçün səfər qarşılaşması yeni komandalarında ilk rəsmi görüş idi. 2005-ci ildə yaranan klubun tarixində bu oyunadək 163 futbolçu olmuşdu. Debütantlar bu rəqəmi 165-ə çatdırdı.

Ruslan bu siyahıya 90-cı yerli futbolçu kimi düşdü. Milliləşənlər də nəzərə alınmaqla 75-ci legioner olan Rafael isə həm də 10-cu braziliyalıdır. Müdafiəçiyədək Luis Hilario Dodo, Dieqo Kosta, Leonardo da Silva, Bruno Silva, Lorival Assis, Tyaqu Silva, Daniel Kruz, Erivelto, Bruno dos Anjos da “sambaçılar”ı “Qəbələ”də təmsil edib. Bununla da Braziliya “qırmızı-qaralar”ın heyətində təmsil olunan 29 ölkə arasında 1-ci yerə çıxıb: Braziliya – 10, Gürcüstan - 9, Serbiya, Rusiya, Ukrayna – hərəsi 6, Moldova, Rumıniya, Hollandiya, Seneqal – hərəyə 3, Bolqarıstan, Qvineya, Türkiyə, Sloveniya, Nigeriya, Polşa – hərəsi 2, Argentina, Bosniya və Herseqovina, İngiltərə, İran, Konqo, Latviya, Portuqaliya, Fil Dişi Sahili, Syerra Leone, Türkmənistan, Yamayka, Şotlandiya, Fransa, İsveçrə – hərəsi 1. 

Qeyd edək ki, Premyer Liqada oynamış futbolçuların sayı 149-a çatıb.

Səfərdə 50-ci qələbə

“Sumqayıt”ı rəqib meydanında məğlub edən “Qəbələ” tarixində 50-ci dəfə səfərdə qalib gəlib. Rəqib meydanlarında ümumilikdə 143 görüşə çıxan “qırmızı-qaralar” 35 heç-heçə edib, 58 dəfə isə məğlub olub. Yubiley qələbəsi Premyer Liqada rəqib meydanlarında əldə olunan 35-ci qalibiyyətdir. 9 dəfə birinci dəstədə, 6 dəfə isə kubokda komanda səfərdən qalib dönüb.

31-ci böyük hesab

“Qəbələ” tarixində 31-ci böyükhesablı qələbəni qazanıb. Bunadək 11 dəfə birinci dəstə, 4 dəfə Azərbaycan kubokunda belə qələbə əldə edən “qırmızı-qaralar” Premyer Liqada 16-cı zəfərini əldə edib. Çempionatda son belə qələbəsini 135 gün əvvəl qazanan Yuri Syominin yetirmələri ötən il sentyabrın 20-də “Rəvan”ı 3 cavabsız qolla keçmişdi. Premyer Liqada 6-cı dəfə rəqib meydanında böyükhesabla qalib gələn komanda sonuncu dəfə 70 gün əvvəl belə uğur qazanmışdı.

Premyer Liqada böyükhesablı qələbələr

2006/07 - 0

2007/08 – 1

2008/09 – 5

2009/10 – 1

2010/11 – 3

2011/12 – 3

2012/13 – 1 

2013/14 - 2

Premyer Liqada səfərdəki böyükhesablı qələbələr 

11.11.2007 Gənclərbirliyi (Sumqayıt) - Qəbələ 0:6

17.08.2008 MOİK (Bakı) – Qəbələ 0:3

14.02.2009 Muğan (Salyan) - Qəbələ 0:4

04.12.2010 MOİK (Bakı) – Qəbələ 0:3

03.03.2012 Rəvan (Bakı) - Qəbələ 0:4

02.02.2014 Sumqayıt – Qəbələ 0:3


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30