23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Klublarda idman direktorları fəaliyyətə başlayıb

Məlum olduğu kimi, AFFA-nın İcraiyyə Komitəsinin 2013-cü il dekabrın 18-də keçirilmiş iclasında qəbul olunmuş qərarlardan biri də Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunması idi. Futbolxeber.az-ın məlumatına görə, artıq baş katiblik tərəfindən bu qərarın icrasına başlanılıb. Fevralın 1-dən etibarən Daryl Willard (İngiltərə) "AZAL", Frank Bernhardt (Almaniya) "Sumqayıt" klubunda AFFA tərəfindən təyin olunan idman direktoru vəzifəsində fəaliyyətə başlayıb. "Qəbələ" klubunda isə Stanley Brard (Hollandiya) idman direktoru kimi işini davam etdirir.
 
Digər klublarda idman direktorlarının martın 1-ə qədər işə başlayacağı nəzərdə tutulub.
 
Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin qərarında bu və digər məsələlər konkret olaraq göstərilib: Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunsun və onun məvacibi AFFA-nın hesabına ödənilsin. Klublarda bu istiqamətdə görülən işlərin AFFA tərəfindən monitorinqi aparılacaq və bunun nəticəsinə əsasən klublara vəsait ayrılacaq.
 

affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30