28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

Oğuz Çətin: “Mustafa Dənizli cismən burada olmasa da…”

"Çox çətin rəqibə, həm də çempionatın liderinə qarşı oynadıq. Bu cür oyunda qalib gəlmək çətindi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”la oyundan sonra “Xəzər Lənkəran”ın məşqçisi Oğuz Çətin deyib.

O.Çətin baş məşqçi Mustafa Dənizlinin tapşırıqlarını futbolçulara çatdırdığını bildirib: “Çox dəyərli məşqçi ilə çalışırıq. Mənim vasitəmlə bütün tapşırıqlarını futbolçulara çatdırdı. Oyunçuları təbrik edirəm, fədakar oyun göstərdilər. Turnir cədvəlində bizdən irəlidə gedən komandalara çatmaq üçün bu cür oyunlarda qalib gəlməliyik. Skarlatake dayaq yarımmüdafiəçisi kimi çox yaxşı oynadı, razı qaldıq. Tam hazır olduğumuzu deyə bilmərəm, amma hər oyunda daha da yaxşı olacağımıza inanıram. İlk “11-liy”i Mustafa Dənizli müəyyənləşdirmişdi. Cismən burada olmasa da, mənəvi cəhətdən bizim yanımızda idi”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31