25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Yuri Syomin: “İzmaylov əsl peşəkardı, nə içir, nə də çəkir”

"İzmaylovun transferi tək mənim istəyimlə həyata keçmədi. Bu, bizim ümumi fikrimiz idi. Mən daim futbolçu, onu meneceri Paulu Barboza ilə ünsiyyətdə olurdum. Eləcə də “Portu”nun prezidenti Pintu da Koştayla tanışlığım var. Bu səbəbdən də danışıqlar prosesi uzun çəkmədi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.

Rusiya mətbuatına müsahibə verən təcrübəli mütəxəssis əsasən Marat İzmaylovun keçidi haqda danışıb.

İzmaylovun sonuncu dəfə sentyabrda meydana çıxması Syomini narahat etmir: “Mən Maratı çox yaxşı tanıyıram. O, əsl peşəkardı, nə içir, nə də çəkir. Son aylarda fərdi qaydada məşq edib. Qəbələdə tibbi müayinədən keçdi və durumu yaxşıdır”.

Maratın artıq Azərbaycanda olduğunu qeyd edən Syomin onun universallığını qabardıb: “İzmaylov orta xəttdə bir neçə mövqedə çıxış edə bilər. Həm solda, həm sağda, həm də mərkəzdə. İnsayd və ya ikinci hücumçu mövqeyi də ona yad deyil. Narahat olmayın, Maratı ən uyğun mövqedə oynadacağam”.

Syomin sabiq “Portu”lunu “Qəbələ”nin əsas heyətində görür: “Əlbəttə ki, o, əsas heyət oyunçusu olacaq. Komandamızın qarşısında çempionluq hədəfi dayanıb. Qarşıdakı bizi gərgin mübarizə gözləyir. Əminəm ki, İzmaylov hədəfimizə çatmaqda bizə yardımçı olacaq”.

“Qəbələ”də çıxış etmək İzmaylova nə qazandıracaq” sualını isə Syomin belə cavablandırıb: “İlk növbədə o, burada oyun praktikası qazanacaq. Özünəinam hissini də geri qaytaracaq. İnanıram ki, burada bütün problemlərini geridə qoyacaq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30