25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Elias “Xəzər Lənkəran”a qoşuldu!

“Xəzər Lənkəran" Futbol Klubu transfer pəncərəsinin son günündə braziliyalı yarımmüdafiəçi Elias Ribeiro de Oliveiranın keçidini həll edib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, San Paoloda futbola başlayan 30 yaşlı yarımmüdafiəçi ölkəsinin "Bahia" klubunun yetirməsidir. "Vasko da Qama" və "Fluminense"də az müddət çıxış edəndən sonra, Elias 3 il "Atletiko Qoainense"nin şərəfini qoruyub. Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Eyn" klubunda qısa legioner həyatı sürməsinin ardından futbolçu "Fiqeyrense"də çıxış edib.

Son iş yeri Braziliya A Seriyası təmsilçisi "Atletiko Paranaense" olan Elias, mövsümün ilk yarısını icarə əsasında digər elita təmsilçisi "Ponte Preta"nın heyətində keçirib.

Futbolçu ilə "Xəzər Lənkəran" arasında növbəti mövsümün sonuna qədər olan müddətdə müqavilə imzalanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30