23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Ruslan Əmircanov: “Zəif komanda yoxdur, zəif hazırlıq var”

“İnter”in müdafiəçisi Ruslan Əmircanov Premyer Liqanın 19-cu turu çərçivəsində keçiriləcək “İnter”-AZAL matçına münasibətini açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, klubun rəsmi saytına verdiyi açıqlamada Əmircanov matçla bağlı bunları deyib: “AZAL zəif rəqib deyil. Toplanış zamanı internet saytlarında bu komandanın hazırlığı barədə oxudum və bilirəm ki, onlar bir neçə yoxlama matçı keçiriblər və bir necə yeni futbolçuyla müqavilə imzalayıblar. Bu komandaya Vaqif Sadıxov rəhbərlik edir və mən də onun rəhbərliyi altında çalışmışam. Bilirəm ki, bu çalışdırıcı üçün əsas məsələlərdən biri nizam-intizam məsələsidir. İlk dövrədə AZAL bizi məğlub etmişdi. Həmin oyunda onlar yaxşı hücum etməyi bacaran formalaşmış komanda təəssüratı yaratmışdılar. Ümumiyyətlə, çempionatda zəif rəqib qalmayıb. Zəif rəqib yoxdur,zəif hazırlıq var. Bu oyuna ciddi hazırlaşmaq lazımdır. Fasilə öncəsində AZAL-ın “Neftçi” kimi komandanı məğlub etməsini unutmaq olmaz. Bütün komandalar istər mövsümün başlanğıcında, istərsə qış fasiləsindən sonrakı ilk matçda özlərini yaxşı tərəfdən göstərmək istəyir. Bəli, AZAL-ı meydanında məğlub etmək bizə müyəssər oldu, ancaq bu, bizi rahatlaşdırmamalıdır. Ona görə ki, yenidən qələbə qazanmaq üçün bizə 90 dəqiqə mübarizə aparmaq lazımdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30