19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Mehman Hacıyev: "Pulumu vermək əvəzinə məni bıçaqladılar"

“Bu məsələnin böyüdülməsini istəmirəm. Alacağım vardı. Onu istəmək üçün yaxınlaşdım, amma pulumu qaytarmaq əvəzinə məni bıçaqladılar”. Bu sözləri apasport.az saytına Gəncədə bıçaqlanan “Kəpəz” klubunun sabiq baş məşqçisi Mehman Hacıyev deyib.
 
Yanvarın 28-də bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən  40 yaşlı Hacıyev artıq özünü yaxşı hiss edir. O, əməkdaşımızla söhbətində 3 nəfərlə mübahisə zamanı bıçaqlandığını bildirib: “Öncədən görüş-filan təyin olunmamışdı, təsadüfən çayxanada rastlaşdıq. 3 nəfər idilər. Birinin mənə verəcəyi vardı, onu istədim. Aramızda xırda mübahisə oldu. Lakin gözlənilmədən arxa tərəfdə duran adam məni yumruqla vurdu, sonra isə bıçaqla xəsarət yetirdilər. Onlar həbs olunub-olunmamaqları ilə bağlı məlumatım yoxdur”.
 
Qeyd edək ki, faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb.  
 
Əslən gəncəli olan Hacıyev xeyli müddət idi "Simurq"da çalışsa da, yanvarın əvvəllərində Zaqatala təmsilçisindən ayrılmışdı. O, 2013-cü ildə UEFA-nın "C" kateqoriyasını almış məşqçidir. Futbolçu karyerası ərzində "Kəpəz" (1992-2000), "Qarabağ" (2000-2002) kimi klublarda top qovub. 1994/95 və 1998/99-cu illərdə ölkə çempionu olub, 3 dəfə kubokun qalibi adını qazanıb.
 
Məşqçi karyerası ərzində isə "Kəpəz"də əvəzedici heyətin baş məşqçisi, əsas komandanın baş məşqçinin köməkçisi kimi çalışıb. 
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30