20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Kamran Ağayevin atası: "Ölkə futbolunu belə öldürürlərsə..."

"Başım çıxmır ki, bizim futbol niyə belədir? Əgər tərbiyəsi yoxdursa, oğlumu futboldan uzaqlaşdırsınlar. Xəstəxanadan yeni çıxmışam. Ona görə də əsəbi haldayam. Çox danışa bilmirəm”. Bu sözləri apasport.az saytına millimizin qapıçısı Kamran Ağayevin atası Adil Ağayev deyib.
 
“Bakı”nın baş məşqçisi Milinko Pantiçin qərarı ilə əsas komandadan uzaqlaşdırılan Kamran Ağayev transferə çıxarılıb. Ancaq millinin qapıçısına transfer məbləği üçün 450 min dollar pul istənilməsi onu istəyən klubların da geri çəkilməsinə səbəb olub.
 
Bu məsələ ilə bağlı Kamran Ağayevin atası ilə danışmaq qərarına gəldik. Futbolçunun atası xəstəxanadan yeni çıxdığını əsas göstərərək, çox danışa bilməyəcəyini bildirdi. Onun sözlərinə görə, Kamrana qarşı növbəti dəfə haqsızlıq edilib: “Mən “Bakı” rəhbərliyinə nə deyim? Azərbaycan futbolunu belə öldürürlərsə, özləri bilər. Mənim klub rəhbərliyinə və məşqçilərinə deyəcək sözüm yoxdur”.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30