18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Tyeqo rəsmən "Xəzər Lənkəran"da

"Xəzər Lənkəran" Futbol Klubu braziliyalı müdafiəçi Uilliam Tyeqo de Jesusla münasibətləri rəsmiləşdirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, karyerasına "Sergipe" klubunda başlayan Tyeqo, 2007-ci ildə məşhur "Qremio"nun heyətinə cəlb olunub. "Qremio" ilə Braziliya A Seriyası və Libertadores kubokunda çıxış etmiş futbolçu bu klubda olduğu müddət ərzində toplam 50-dən çox oyunda forma geyinib.

Bir mövsüm Yaponiyanın "Kyoto Sanqa" klubunda forma geyindikdən sonra müdafiəçi ölkəsinin "Bahia" və "Seara" klublarında oynayıb.

2013-cü ilin əvvəlində isə Tyeqo "Fiqeyrense" ilə anlaşıb. Bu komandanın aparıcı üzvünə çevrilən 27 yaşlı arxa xətt oyunçusu təqvim ili ərzində 40-dan çox oyunda əvəz olunmadan meydanda olub.

"Xəzər Lənkəran"la Tyeqo de Jesus arasında növbəti mövsümün sonuna qədər qüvvədə olacaq müqavilə imzalanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30