18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Hakimlər Komitəsinin "Qəbələ" üçün növbəti seminarı

Yanvarın 24-də Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov və hakimlər Əlyar Ağayev, Rəhim Həsənov və Orxan Məmmədovun iştirakı ilə “Qəbələ”nin Antalya düşərgəsində futbolçu və məşqçi heyəti üçün seminar təşkil olunub. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, toplantıda ədalət təmsilçiləri ilə yanaşı PFL prezidenti Ramin Musayev də yer alıb. Seminarda futbolçu və məşqçilərə UEFA qaydaları və qaydalardakı yeniliklərlə  bağlı ətraflı məlumat verilib.

Toplantı zamanı müxtəlif oyun epizodları izlənilib və müzakirələr aparılıb. Məşqçi və futbolçuların suallarını cavablandıran hakimlər bir sıra mübahisəli məqam ətrafında fikir mübadiləsi aparıblar. Sonda “Qəbələ”nin baş məşqçisi Yuri Syomin tədbirin təşkilinə görə hakimlər komitəsinə təşəkkürünü bildirib və belə toplantıların davamlı olmasını arzulayıb.

Xatırladak ki, Hakimlər Komitəsi ötən mövsüm Qəbələdə bənzər seminar təşkil etmişdi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30