23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Fənər” və "Lokomotiv" Qəbələyə gəlir

Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək III Beynəlxalq Qəbələ Kubokunun hazırlıqlarına start verilməsi və turnirdə iştirak üçün bir neçə tanınmış kluba dəvət göndərilməsi barədə xəbər vermişdik. Futbolxeber.az-ın məlumatına görə, artıq dəvət alan iki klub - Türkiyə və Rusiya təmsilçiləri “Fənərbaxça” və Moskva “Lokomotiv”i turnirdə iştirakını rəsmi şəkildə təsdiqləyib.  29 may - 01 iyun tarixlərinə baş tutacaq turnirin digər iştirakçılarının adları da yaxın müddətdə müəyyənləşəcək.

Bu arada turnirdə iştirak üçün dəvət göndərilən "Barselona", "Ayaks" və "Yuventus"un III Qəbələ Kubokunda yer almayacağı dəqiqləşib. "Barselona" və "Ayaks"ın öncədən başqa turnirdə iştirak barədə təsdiq verməsi, "Yuventus"un isə həmin dövrdə yerli çempionatın final mərhələsində iştirak etməsi adıçəkilən komandaların Qəbələyə gəlməsinə mane olub.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30