20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Xəzər Lənkəran”da 2 yeni futbolçu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”ın düşərgəsinə yeni futbolçular gəlib. Apasport.az saytının məlumatına görə, braziliyalı Villian Tieqo və makedoniyalı Deyan Blajevski komandanın məşqində iştirak edir.
 
Müqavilə imzalayacağı gözlənilən cənubi amerikalıdan fərqli, avropalı hələlik baxışdadır. Blajevski özünü yaxşı tərəfdən göstərəcəyi halda müqaviləyə imza atacaq.
 
29 yaşlı cinah yarımmüdafiəçisi ölkəsinin əsas yığmasına 2 il əvvəl cəlb olunub. Bu müddətdə 2 qarşılaşmaya çıxan Deyan Polşa ilə qarşılaşmada qol hesabını da açıb. Hazırda vətənində “Turnovo”nun şərəfini qoruyan Blajevski 2012-ci ildən bu komandada çıxış edir.
 
Yarımmüdafiəçi 2006-08-ci illərdə “Pelister”in formasını geydikdən sonra legioner həyatı yaşamaq üçün Yunanıstana yollanıb. 4 il ərzində “Asteras” (2008-10), “Veria” (2010-11) və “Pierikos” (2011-12) klublarının uğurları üçün çalışıb.
 
Qeyd edək ki, avrokuboklarda 6 oyuna 3 qol vuran makedoniyalı bütün toplarını ötən yay Avropa liqasının təsnifat mərhələsində rəqib qapılarından keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30