25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Azərbaycanın "Atletiko" ilə sponsorluq müqaviləsi uzadıldı

İspaniyanın "Atletiko" (Madrid) klubu və Azərbaycanın "Bakı" klubu sponsorluq sazişinin uzadılmasına dair razılığa gəliblər. Bu barədə Trend İspaniyanın "Marca" qəzetinin saytına istinadən xəbər verir.
 
Bununla da tərəflər bu mövsümün sonunda başa çatan sponsorluq müqaviləsinin 2015-ci il iyunun 30-dək uzadılmasına qərar veriblər.
 
Bu müqavilə tərəflərin Londonda keçirilən görüşü zamanı imzalanıb. Bu o deməkdir ki, İspaniya klubunun yeni sponsorluq sazişinə dair danışıqlarından asılı olmayaraq, "Azerbaijan Land of Fire" loqosunu bundan sonra da qırmızı və ağ futbolkanın üzərində görmək olacaq.
 
Qeyd edək ki, bundan əvvəl "Atletiko" klubunun 2014-cü ilin sonuna qədər oyunlara üzərində "Land of Fire Azərbaijan" (Odlar yurdu Azərbaycan) sözləri yazılan forma ilə çıxması barədə razılıq əldə olunmuşdu. Müqaviləyə əsasən, "Atletiko" təkcə İspaniya çempionatında yox, Avropa kuboklarında da bu formanı geyinəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30